“Xilasedici” voleybol komandası bürünc medala sahib olub
Bakı, 21 aprel, AZƏRTAC
Kişi voleybolçuların Yüksək Liqasında üçüncü yerin sahibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc medal uğrunda “Xilasedici” və “Neftçi” arasında ikinci görüş keçirilib. Bu komandaların ilk qarşılaşmasında qalib gələn “Xilasedici” cavab oyununda da rəqibini məğlub edib. Bu dəfə 3:1 hesabı ilə qələbə qazanan kollektiv Yüksək Liqanın bürünc medalına sahib çıxıb. “Neftçi” komandası isə çempionatı dördüncü yerdə başa vurub.
Qeyd edək ki, “Xilasedici”nin oyunçularına medallar final günü baş tutacaq mükafatlandırma mərasimində təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [12:56]