XİN: Çin ABŞ-ın son rüsum addımı ilə əlaqədar qətiyyətli tədbirlər görəcək

Pekin, 9 aprel, AZƏRTAC
Biz qanuni hüquq və maraqlarımızı qorumaq üçün qətiyyətli tədbirlər görməyə davam edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Cien ABŞ-ın Çin mallarına tətbiq etdiyi idxal rüsumlarını 104 faizə qaldırması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
“Biz heç kimə Çin xalqının qanuni inkişaf hüququnu əlindən almağa icazə verməyəcəyik. Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirmək cəhdlərinə dözməyəcəyik”, - deyə Çin XİN rəsmisi bildirib.
Qeyd edək ki, Donald Tramp prezident seçildikdən sonra Çin mallarına 4 mərhələdə rüsum tətbiqini elan edib. Aprelin 9-dan etibarən Çin malları üçün idxal rüsumları 104 faizə qaldırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [15:16]
Andjey Duda: Ukrayna Rusiya ilə sülh danışıqları üçün güzəştə getməlidir
- 24.04.2025 [14:57]
Almaniyada peşə təhsili olmayan gənclərin sayı artır
- 24.04.2025 [14:50]
Fransada 636 iş yeri ləğv edilir
- 24.04.2025 [14:49]
Latviya Ottava Konvensiyasından çıxıb
- 24.04.2025 [14:11]
Londonda enerji təhlükəsizliyinin gələcəyi üzrə beynəlxalq sammit keçirilir
Qubada 3 nəfəri it dişləyib
- [16:11]
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]