Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Ermənistan baş nazirinin mülahizəsini əsaslandıran hər hansı sənəd və qərar mövcud deyil

XİN: Ermənistan baş nazirinin mülahizəsini əsaslandıran hər hansı sənəd və qərar mövcud deyil

Bakı, 21 mart, AZƏRTAC

Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur, belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

Bu fikirlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin şərhində yer alıb.

XİN-dən AZƏRTAC-a daxil olan şərhdə deyilir: “Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə əks etdirən Minsk qrupu həmsədrlərinin son bəyanatını bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri də çıxış ediblər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.

Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.

İkincisi, ATƏT-in 1992-ci il martın 24-də Helsinkidə Nazirlər Şurasının əlavə görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: “Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. Burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasını - erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur. Xatırladırıq ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə, müvafiq razılaşmadan sonra baxıla bilər.

Üçüncüsü, ATƏT-in 1994-cü il Budapeşt qərarından sitat gətiririk: “Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimlənməsində “maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi.

Xatırladırıq ki, hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: “İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə Azərbaycan tərəfinə münasibətdə formal üstünlük verməsi, hətta onları “seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağın hər iki icmasının bərabərhüquqlu olduğu bəyan edilib.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) "Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt sülh prosesinin uğuruna və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH