Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq

XİN: Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq

Bakı, 11 fevral, AZƏRTAC

Ermənistan baş nazirinin fevralın 10-da “Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.

Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” məqaləsində iddiaları ilə bağlı şərhində yer alıb.

A.Hacızadə bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistanın hərbi xərcləri təqribən üç dəfə artaraq 2021-ci ildə təxminən 600 milyon dollardan 2024-cü ildə 1,6 milyard dollara çatıb. Üstəlik, bu yaxınlarda imzalanmış hərbi müqavilələrə görə, Ermənistan əsasən Azərbaycanın ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir.

Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.

Bundan əlavə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, Qaçqınların Statusu haqqında Konvensiya və digər mühüm beynəlxalq aktlarda təsbit edilmiş qayıdış hüququna əsaslanaraq əsas məqsədləri qovulduqları torpaqlara təhlükəsiz, ləyaqətlə qayıdış olan Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məqsədləri haqqında Ermənistanın iddiaları tamamilə əsassızdır. Ermənistan baş nazirinin müxtəlif bəhanələrlə, o cümlədən icmanın bəyan olunmuş məqsədlərinin yanlış təfsir edilməsi ilə bu hüququ danması bir daha bu ölkənin siyasətinin bir vaxtlar azərbaycanlıların ölkə əhalisinin əsas hissəsini təşkil etdiyi Ermənistanda hazırda azərbaycanlıların olmamasına gətirib çıxaran qəddarlığının səviyyəsini göstərir.

Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Alma-Ata Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz N.Paşinyan tərəfindən bir neçə ay sonra - 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin “müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarına və Alma-Ata Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.

Mətbuat katibi qeyd edib ki, hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni “səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.

Üstəlik, Ermənistan öhdəliklərinin yerinə yetirilməsi, o cümlədən Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması sahəsində əməli addımlar atmaq əvəzinə, diqqəti bu prosesdən yayındırır. Bu istiqamətdə praktiki addımlarla irəliləmək əvəzinə, Ermənistanın mahiyyətcə əhəmiyyəti olmayan təkliflər irəli sürməsi anlaşılmazlıqlara gətirib çıxarır və reallıqları təhrif edir.

“Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahların böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.

Biz qətiyyətlə Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq”, - deyə A.Hacızadə vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya bir qrup macar diplomatını ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır.

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

Nazir: Məqsədimiz regional ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaqdır

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO

Ahıllar və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər arasında futbol matçı keçirilib

Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyəcək

Yunanıstan mediası: Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsi diqqət mərkəzindədir

Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır

Naxçıvanda 142 ümumtəhsil məktəbində 179 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb - FOTOLAR

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO

“TEXNOFEST” festivalında məsafədən minatəmizləmə üzrə yerli sistemlər və robotlar təqdim edilib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 oktyabr

İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi bu gündən fəaliyyətə başlayıb

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək

Sabiq nazir: Cənubi Qafqazın üç ölkəsi rəqabətqabiliyyətli sahələri müəyyənləşdirməlidir

ADEX Azərbaycanın müdafiə sənayesinin imkanlarını nümayiş etdirən strateji platformadır ŞƏRH

“Azərbaycan irsi UNESCO siyahılarında” – yeni nəşr

® Azərbaycan ilə Mərkəzi Baltik regionu arasında iqtisadi əməkdaşlığın yeni istiqamətləri “AZEXIM FORUM”da müzakirə olunub

Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb

Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Baş Prokurorluq: Kürdəmirdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 3 VİDEO

Fərid Şəfiyev: Orta Dəhlizlə yanaşı, digər yeni bağlantıların formalaşması regionun tranzit əhəmiyyətini artırır

Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

Hattap Soysal: Müasir avadanlıq tələbələrimizin praktiki biliklərini artırır VİDEO

İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb

İcbari Sığorta Bürosu: VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlər müvəqqəti əlçatmaz ola bilər

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Mehmet Tülek: Gələcəkdə baytarlıq cərrahiyyəsi sahəsində ixtisaslaşmaq istəyirəm VİDEO

Sədaqət Qəhrəmanova: Qadınların rəqəmsal mühitdə imkanlarının genişləndirilməsi vacibdir

Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb

Ötən gün 56 cinayətin açılması təmin olunub

Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Neft Fondu “Brookfield” ilə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır