Xızı rayonuna gələn turistlərin sayı artmışdır
Xızı, 5 yanvar (AZƏRTAC). 2013-cü ilin 11 ayı ərzində Xızı rayonuna 10 mindən çox turist gəlmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, rayona gəlmiş əcnəbi turistlər arasında MDB ölkələrindən, Böyük Britaniyadan və Amerika Birləşmiş Ştatlarından olanlar üstünlük təşkil etmişdir.
Mülayim iqlimi, təmiz havası ilə seçilən Xızı paytaxta ən yaxın dağ rayonu olduğundan Bakıdan bu rayona gəlmək ucuz başa gəlir.
Rayonun Altıağac qəsəbəsində isə ev turizmi inkişaf etmişdir. Buraya gələn turistlər bir sutka üçün 20-30 manat kirayə haqqı ödəməklə kənd evlərində qalmağa üstünlük verirlər.
Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zakir Şıxəliyevin verdiyi məlumata görə, Xızıya gələn turistlərin sayı çox olduğundan rayonda mehmanxana və otellərin tikintisinə ehtiyac yaranmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]