Xocalı faciəsi bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 25-də Heydər Əliyev adına Bakı neft emalı zavodunda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Anım mərasimində çıxış edənlər bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayının dəstəyi ilə erməni qəsbkarları tərəfindən törədilmiş tarixdə bənzəri olmayan Xocalı soyqırımı zamanı yüzlərlə insan vəhşicəsinə qətlə yetirilmiş, əlil olmuş, əsir düşmüş, neçə-neçə ailə tamamilə məhv edilmişdir. Erməni şovinistlərinin azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirdikləri etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində yüzlərlə soydaşımız ötən əsrdə bir neçə dəfə tarixi torpaqlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. XX əsrin sonlarında baş vermiş qanlı Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir.
İştirakçılar soyqırımı törədənlərin layiqli cəza almaları istiqamətində Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasəti bəyəndiklərini bildirmiş, bu siyasət nəticəsində erməni işğalı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminlik ifadə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]