Xocalı faciəsi qurbanlarının xatirəsi Almaniyanın Drezden şəhərində yad edilmişdir
Berlin, 25 fevral (AZƏRTAC). Fevralın 24-də Almaniyanın Drezden şəhərində “ALM.AZ” Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasimdə Drezden şəhərində yaşayan Azərbaycan diasporasının və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasimi açan “ALM.AZ” Alman-Azərbaycan Cəmiyyətinin sədri A.Babayev Xocalı faciəsini Azərbaycan xalqının ən kədərli tarixi səhifələrindən biri kimi xarakterizə etmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Nüsrət Süleymanov çıxışında Xocalı faciəsi zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri vəhşilikdən bəhs etmiş, iştirakçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin münaqişə ilə bağlı mövqeyini çatdırmışdır.
Tədbirdə Xocalıda baş vermiş qətliam, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin davam etdirilməsi qərara alınmışdır.
Sonda Xocalı soyqırımından bəhs edən film göstərilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]