Xocalı faciəsi qurbanlarının xatirəsi Daşkəsəndə anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 25-də Daşkəsəndə Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar ümumrayon anma tədbiri keçirilmişdir.
Tədbirlər planına uyğun olaraq, rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi üzrə nümayəndəliklərdə reallaşan silsilə tədbirlərin davamı olaraq keçirilən ümumrayon anma mərasimi Şəhidlər xiyabanında böyük kədər və hüznlə keçirilmişdir.
Tədbirin iştirakçıları şəhid məzarlarının üzərinə tər qərənfillər düzərək, onların ruhuna hörmət və ehtiramlarını bildirmişlər.
Rayon mədəniyyət evində “Ana fəryadı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Xocalı soyqırımının dəhşətlərindən, bu faciənin Belarusdakı Xatın, Vyetnamdakı Sonqmi, Yaponiyadakı Xirosima və Naqasaki faciələrindən daha amansızcasına və vəhşiliklə törədildiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]