Xocalı faciəsinin ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Qaradağ Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək qanlı hadisənin Azərbaycan xalqının qəlbində silinməz səhifə olduğunu bildirmişdir.
Tədbirdə iştirak edən Xocalıdan olan 13 məcburi köçkün ailəsinin üzvləri onları narahat edən məsələlərlə bağlı rayon rəhbərliyini məlumatlandırmış, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər.
Tədbirin sonunda rayon ərazisində məskunlaşmış xocalılara maddi və ərzaq yardımı göstərilmişdir.
Qeyd edək ki, Qaradağ rayonunun bütün qəsəbələrində və təhsil müəssisələrində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]