XOCALI ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Vahid Poeziya evində Xocalı soyqırımının 16-cı ildönümü ilə bağlı ədəbi-bədii məclis keçirilmişdir.
Məclis iştirakçıları Xocalı şəhidlərinin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Vahid Poeziya evinin direktoru Şahin Verdiyev Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı erməni cəlladlarının həyata keçirdikləri etnik təmizləmə siyasətini bəşər tarixində analoqu olmayan vəhşilik kimi qiymətləndirmişdir. O, Xocalı soyqırımı mövzusunda tarixi fundamental əsərlərin yazılıb, gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişdir.
“Məcməüş-şüəra” ədəbi məclisinin və “Vahid” ədəbi məclisinin üzvləri Xocalı soyqırımına həsr etdikləri şeirlərini oxumuşlar.
Sonda ehsan süfrəsi açılmış, Xocalı şəhidlərinin ruhuna dualar oxunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]