XOCALI SOYQIRIMI İLƏ BAĞLI KANADA PARLAMENTİNƏ MÜRACİƏT ÜNVANLANMIŞDIR
Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Kanada parlamentinin üzvlərinə, BMT baş katibinin soyqırımların qarşısının alınması üzrə xüsusi müşaviri Xuan Mendezə və beynəlxalq təşkilatlara müraciət ünvanlamışdır. Müraciətdə Xocalı faciəsinin erməni millətçilərinin zaman-zaman azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu göstərilmiş, dinc sakinlərin, qadınların, qocaların və uşaqların erməni terrorunun qurbanı olması xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 26-da Azərbaycan xalqı öz taleyinin ən ağrılı anlarından birini yaşamışdır. Həmin gün Azərbaycanın Xocalı şəhəri erməni silahlıları tərəfindən yer üzündən silinmişdir.
Sənəddə, Xocalı faciəsi amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri kimi qiymətləndirilir.
Xocalı faciəsinin, əsl soyqırımı aktı olmasını beynəlxalq hüquqi sənədlər, qanun və qətnamələr çərçivəsində sübut edən xüsusi materialların da əlavə olunduğu müraciətdə Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımına siyasi qiymət verilməsinin vacibliyi vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]