Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi
Ağsu, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar Ağsuda rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anma mərasimi keçirilmişdir.
Rayon icra hakimiyyəti aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Mirqubat Orucovun “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzəçi və digər natiqlər əsrin dəhşətli faciəsinin acı nəticələrini bir daha xatırlatmış, erməni qəddarlığını pisləmiş, bu faciənin dünya ictimaiyyəti tərəfindən soyqırımı kimi tanınmasının zəruriliyini vurğulamışlar. Onlar Xocalı faciəsinə hüquqi-siyasi qiymətin məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən verildiyini bildirmişlər. Ümummilli liderimizin və onun siyasi varisi Prezident İlham Əliyevin səyi nəticəsində dünya ictimaiyyəti bu dəhşətli hadisə və onu törədənlər barədə məlumatlandırılmışlar. Artıq təkzibolunmaz faktlarla sübut edilmişdir ki, Xocalı faciəsi əsrlər boyu ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasətinin tərkib hissəsidir.
Mərasimdə faciənin şahidi Əmrah Məmmədov çıxış edərək o qanlı hadisələrdən, erməni vəhşiliklərindən danışmışdır.
Sonda mərasim iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]