“Xocalıya ədalət” kampaniyasına dəstək aksiyasına start verilib
Bakı, 26 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyi “Xocalıya ədalət” kampaniyasına dəstək adlı yeni aksiyaya start verib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sosial media üzərindən aparılan aksiyanın məqsədi soyqırımı faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması yolu ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərə dəstək verməkdir. Bu məqsədlə nazirlik gənclər təşkilatlarını və gəncləri aksiyada fəal iştirak etməyə çağırıb. Gənclərin bu işdə fəal olmalarının və təlimata uyğun hərəkət etmələrinin, onların “Facebook” və “Twitter” səhifələrindəki sosial media hesablarında kütləvi paylaşımlar etmələrinin vacibliyi qeyd edilib. Həmçinin paylaşımlar zamanı #justiceforkhojaly və #karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur.
Layihənin icrası ilə bağlı poster və infoqrafikalar hazırlanıb, həştəqlərdən istifadə qaydası, paylaşımlar üçün foto, video, eləcə də Azərbaycan, ingilis, rus, fransız və ispan dillərində tvit bazası yaradılıb.
Aksiya ilə bağlı təlimatı aşağıdakı linkdən əldə etmək mümkündür:
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]