Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bu, bizim üçün unudulmaz bir gündür VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Bu gün çox şadam ki, doğma vətənimə qayıdıram. Bu qayıdışa görə Prezidentimizə təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Xocavəndə qayıdan keçmiş məcburi köçkün Nofəl Quliyev söyləyib.
O bildirib ki, doğma torpağa qayıtmaq, illər sonra öz yurdunu görmək onun üçün böyük sevinc və həyəcan doğurur: “İndi gedib hər şeyi öz gözlərimlə görmək daha yaxşı olar. Məcburi köçkün düşdüyümüz vaxt biz gənc idik. Yəqin ki, doğma torpağa elə həmin təəssüratlarla, gəncliyimizin keçdiyi yerlərə qayıdırıq.
İki övladım və həyat yoldaşımla qayıdacağıq. Bu, bizim üçün çox böyük və unudulmaz bir gündür”.