Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib
Bakı, 19 dekabr, AZƏRTAC
Bu il sentyabrın 4-də Şirvan şəhəri ərazisində 1963-cü il təvəllüdlü Yavər Bağırovun qəsdən öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, istintaqla 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Toplanmış sübutlar əsasında Elşən İslamova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilməklə, barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:42]
“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu
- 07.10.2026 [15:35]
Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb
- 07.10.2026 [15:31]