XX əsrin dəhşətli hadisəsi olan Xocalı faciəsi qan yaddaşımızdan silinməyəcəkdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev xain qonşularımızın “böyük Ermənistan” yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq siyasəti apardıqlarını, qanlı cinayətlər törətdiklərini bildirmişdir.
Xocalı qırğınının dəhşətlərindən danışan rektor xatırlatmışdır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birgə Xocalıda qanlı hadisələr törətmiş, 613 nəfər günahsız qocanı, uşağı, qadını, gənci vəhşicəsinə qanlarına qəltan etmişlər.
Professor Ş.Hacıyev 1993-cü ildə xalqın tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verildiyini vurğulamışdır.
İşğal olunmuş şəhər və rayonlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini bildirən rektor gəncləri doğma Vətənə ləyaqətlə xidmətə çağırmışdır.
Digər çıxış edənlər də Xocalı qırğınının heç zaman qan yaddaşımızdan silinməyəcəyini söyləmişlər.
Sonda Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]