Yağış sularının idarə olunması ilə bağlı qanunvericilikdə yenilənməyə ehtiyac var
Bakı, 9 fevral, AZƏRTAC
Yağış sularının idarə olunması ilə əlaqədar qanunvericilikdə yenilənməyə, təkmilləşməyə ehtiyac var. Nazirlər Kabinetinin tapşırığı ilə qanunvericiliyə yenidən baxılması, idarəetmədə müvafiq qurumun müəyyən edilməsi ilə bağlı tədbirlər görülür. Bununla bağlı Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən beynəlxalq şirkət cəlb olunub. O cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərsu" ASC ilə birgə müzakirələr aparılıb. Yağış sularının idarə olunmasındakı çətinliklər məlum olub. Bununla bağlı müzakirələr aparılıb və qarşılıqlı fəaliyyətlər müəyyən edilib.
AZƏRTAC-ın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
O bildirib ki, Bakının yeni hazırlanan Baş planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq: “Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, bunu idarə edən qurum müəyyən olunsun, yağış suları bilavasitə dənizə axıdılmasın, yığılsın, həmin sudan gələcəkdə istifadə üçün su anbarları tikilsin, su hövzələri müəyyən edilsin. Yağış sularının idarə olunması ilə bağlı məsələlər aktualdır və bu istiqamətdə işlər aparılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]