“YALÇIN RZAZADƏ” SƏNƏDLİ FİLMİ ÇƏKİLİR
Birlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni ekran əsərinin ssenari müəllifi Kamil Şahverdi, quruluşçu rejissoru Elçin Quliyevdir.
Filmdə Yalçın Rzazadənin ömür yolundan, musiqi mədəniyyətimizə böyük məhəbbət və sıx bağlılıqla səciyyələnən yaradıcılıq fəaliyyətindən ürəyəyatan səsi, orijinal ifa tərzi ilə musiqisevərlər və xalq arasında ona məhəbbət qazandırmış sənətkarlığından söhbət açılacaqdır. Eyni zamanda, filmə onun sənət yoldaşlarının, görkəmli incəsənət xadimlərinin ürək sözləri və gözəl müğənninin ifasında lentə alınmış mahnılardan parçalar da daxil ediləcəkdir.
“Yalçın Rzazadə” sənədli filmi iyun ayında dövlət televiziyası ilə ilk dəfə göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]