Yanğın Marşal Adaları parlamentinin bir hissəsini məhv edib
Bakı, 26 avqust, AZƏRTAC
Marşal Adaları Respublikasında güclü yanğın baş verib. Nəticədə parlamentin binasının yarısı yanaraq külə çevrilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tezliklə hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alıblar. Səlahiyyətlilər parlament binasının qalan hissəsinin də istifadə oluna bilməyəcəyini bildiriblər.
Tələfat və yanğının səbəbi barədə məlumat yoxdur.
Marşal Adaları arxipelaqı Sakit okeanın mərkəzində, Havay və Avstraliya arasında yerləşir. Onun əhalisi təxminən 42 min nəfərdir və sakinlərin təxminən yarısı paytaxt Macuroda yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO
- 29.09.2026 [12:39]