Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP İcra Katibliyində informasiya resurslarında milli maraqlarımızın qorunması məsələsi müzakirə olunub

Bakı, 29 iyul,  AZƏRTAC

İyulun 29-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İnformasiya resurslarında milli maraqlarımızın təmin edilməsi” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransın moderatoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycanın uzun illərdir müharibə şəraitində yaşadığını və torpaqlarımız işğaldan azad edilənə qədər də bu vəziyyətin davam edəcəyini bildirib. Ancaq hazırkı tarixi mərhələdə müharibə təkcə hərbi müstəvidə deyil, paralel olaraq bir neçə istiqamətdə aparılır. İyulun 12-də Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı erməni ordusunun törətdiyi təxribat və ondan sonra yaşananlar bir daha onu göstərdi ki, hərbi, siyasi, diplomatik, ideoloji, psixoloji müstəvidə aparılan müharibə, həm də informasiya müstəvisində aparılır. İnformasiya silahı ilə aparılan müharibə olduqca ciddi qəbul edilməlidir.

Son dövrlərdə internet resurslarında, sosial şəbəkələrdə aparılan informasiya müharibəsinin bu resursların yumşaq güc vasitəsi kimi əhəmiyyətini bir daha ortaya çıxardığını bildirən Hikmət Babaoğlu deyib: “İnternet resurslarına, informasiyaya institusional forma verilməklə onu xüsusi mexanizmə çevirir, manipulyasiya edir, subliminal mesaj ötürücüsünə çevirirlər. Düşmən tərəfi bizə qarşı mübarizədə bunların hamısından istifadə etdi. Biz bu prosesdə güclü və zəif tərəflərimizi gördük. Güclü tərəfimiz Milli Ordumuz, milli həmrəyliyimiz, Ali Baş Komandanımızın ətrafında sıx birləşməklə səfərbərliyə hazır olmağımız, dünyanın ən müxtəlif ölkələrində təşkilatlanma bacarığımız və beynəlxalq hüquq müstəvisində haqqımızı sivil yolla tələb edə bilməyimiz idi. Amma təəssüflə qeyd etməliyik ki, içərimizdə hələ də bəzi radikalların dağıdıcı fəaliyyətlə məşğul ola bilmələri, elə bizdən olan ayrı-ayrı fərdlərin sosial şəbəkələr və sosial media üzərindən milli birliyimizə kölgə salmaq cəhdləri var. Eyni zamanda, erməni terroru ilə dünyanın müxtəlif ölkələrində yenidən üz-üzə gəldik və bu prosesdə yenə də bəzi beynəlxalq təşkilatlar və insan hüquq müdafiəçiləri susdular”.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, belə bir məqamda Birinci vitse-prezident Mehriban Əliyevanın müraciəti, sadəcə, müraciət deyil, həm də bir çağırış və milli fəaliyyət proqramıdır. Burada önə çıxan əsas istiqamətlər bizim informasiya platformamızdakı mübarizəmizdə əsl istiqamətverici tezislərdir.

Videokonfransda çıxış edən YAP-ın Sosial Media Qrupunun rəhbəri Ramil Vəlibəyov sosial şəbəkələrin real mənzərəsi haqqında məlumat verib. O qeyd edib ki, xaricdə məskunlaşmış bəzi azərbaycanlılar anti-Azərbaycan mərkəzlərlə və erməni lobbisi ilə sinxron fəaliyyət göstərirlər.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında bildirib ki, sosial şəbəkələr və milli maraqlar daim aktual mövzulardır. Ermənilərin təxribatından sonra xalqımız, cəmiyyətimiz çox güclü həmrəylik nümayiş etdirdi. A.Quliyev bu günlərdə Azərbaycan diasporunun da fəaliyyətini təqdir edib.

Baş verən son proseslərlə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətinin əhəmiyyətini vurğulayan A.Quliyev bildirib ki, Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edərək, onların erməni təxribatlarına münasibət bildirmələrinin vacibliyini diqqətə çatdırıblar. Bu baxımdan, özünü insan haqlarının müdafiə təşkilatı kimi təqdim edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” törədilmiş hadisələrə ədalətli qiymət verməlidir.

Milli Məclisin deputatı Nizami Səfərov qeyd edib ki, Ermənistanla Azərbaycan arasında mövcud olan problem qlobal xarakter daşıyır. Ermənilər tarixən azərbaycanlılara qarşı məkrli siyasət həyata keçirib və bunun nəticəsində torpaqlarımız işğal edilib, xalqımız soyqırımına məruz qalıb.

Deputat qeyd edib ki, hazırkı dövrdə sosial şəbəkələr informasiya müharibəsində böyük təsir imkanlarına malikdir. Burada hər bir vətəndaş milli maraqlarımızı ciddi şəkildə qorumalıdır. Diqqətə çatdırılıb ki, 2004-cü ildə qəbul olunmuş “Milli təhlükəsizlik haqqında” Qanunda milli maraqlarımızın qorunması məsələsi öz əksini tapır.

Hazırda sosial şəbəkələrdə müəyyən dairələr tərəfindən dövlətimizə qarşı kampaniyaların aparıldığını, ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayıldığını deyən N.Səfərov qeyd edib ki, bu halların qarşısının alınması üçün sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənməlidir. O, bu istiqamətdə beynəlxalq təcrübənin olduğunu diqqətə çatdırıb və Sinqapurla Almaniyanın qanunvericilik təcrübəsindən danışıb.

Tədbirdə, həmçinin Milli Məclisin deputatları Nigar Arpadarai, Razi Nurullayev, Fatma Yıldırım, Ramin Məmmədov, Jalə Əhmədova, sosial media üzrə ekspert Vüsal Məmmədov və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan Ordusunun Ermənistanın növbəti hərbi təxribatının qarşısını qətiyyətlə alması xalqımızda ruh yüksəkliyini daha da artırıb, cəmiyyətimiz ordumuz, dövlətimiz və Ali Baş Komandan, Prezident İlham Əliyevlə həmrəyliyini mütəşəkkil şəkildə nümayiş etdirib. Natiqlər, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın həmvətənlərimizə müraciətinin önəmini qeyd ediblər.

Bildirilib ki, xarici ölkələrdə Azərbaycan diasporu fəallıq göstərərək erməni təxribatına etiraz etmək üçün dinc aksiyalar keçirir. Amma ermənilər öz xislətinə sadiq qalaraq həmin aksiyaları pozmaq məqsədilə təxribatlara əl atırlar. Eləcə də müəyyən dairələr sosial şəbəkələr vasitəsilə milli maraqlarımıza zidd kampaniya aparırlar. Çıxışlarda, eyni zamanda, diaspor fəaliyyətinin gücləndirilməsi, eləcə də sosial şəbəkələrin fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib. Sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinin günün ən aktual məsələlərindən biri olduğu vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb