YAP-ın nümayəndə heyəti Şimali Makedoniyada səfərdədir
Bakı, 20 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Makedoniya Respublikasına səfər edib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şimali Makedoniya Türk Demokratik Partiyasının dəvəti ilə baş tutan səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Türk Demokratik Partiyasının sədri Beycan İlyas ilə görüşü olub.
Eyni zamanda, YAP Sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşü nəzərdə tutulur. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 2007-ci ildən Şimali Makedoniya türklərinin rəsmi bayramı kimi qeyd edilən 21 dekabr - Türkcə Təhsil Günü münasibətilə keçiriləcək təntənəli tədbirdə iştirak edəcək.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Musa Quliyev, Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]