YAP YEVLAX RAYON TƏŞKİLATININ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev YAP-ın Yevlax rayon təşkilatının inzibati binasının açılış mərasimində iştirak etmişdir.
YAP-ın rayon təşkilatının üzvləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin ikimərtəbəli binanın foyesində qoyulmuş büstünə baxdı, iş otaqları və iclas salonu ilə tanış oldu.