YAPONİYANIN BAKIDAKI SƏFİRLİYİNİN VƏSAİTİ İLƏ MƏKTƏB TƏMİR OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, dövlət himninin ifası ilə başlayan mərasimdə məktəbin direktoru Sevda İmanova bu tədris ocağının təmir edilməsini ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu Yaponiya-Azərbaycan dostluğunun daha bir təzahürü olduğunu bildirdi.
Təhsil naziri Misir Mərdanov məzunları ilə fəxr edən 225 nömrəli məktəbdə yaradılan şəraiti, burada aparılan təmir işlərini pedaqoji kollektivə Yeni il hədiyyəsi kimi dəyərləndirdi. O, xoşməramlı missiyasına görə səfir Toşiyuki Fucivaraya təşəkkür etdi. Yaponiya hökumətinin dəstəyi ilə respublikamızda həyata keçirilən 54 layihədən 34-nün təhsilə aid olduğunu vurğulayan nazir şagirdlərə təhsildə uğurlar arzuladı.
Səfir Toşiyuki Fucivara yeniləşən məktəbin kollektivinə ən xoş arzularını yetirdi.
Diplomata üzərində Nizami Gəncəvinin portreti olan xalça hədiyyə edildi.
Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yenicə təmir olunmuş sinif otaqları, fənn kabinələri, idman zalı ilə tanış oldular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]