Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
Tokio, 28 mart, AZƏRTAC
Martın 28-də Yaponiyanın şimalında yerləşən Aomori və Hokkaydo prefekturaları rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, sunami xəbərdarlığı elan edilməyib.
Yeraltı təkanların episentrinin Sakit okeanda, Hönşü və Hokkaydo adaları arasında, ocağının isə okean dibinin 60 kilometr dərinliyində olduğu bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Yeraltı təkanların Akita və İvate prefekturalarında da hiss edildiyi qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [21:21]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:20]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]