“YARIBAYARI” KAMPANİYASININ MÜDDƏTİ UZADILMIŞDIR
Azercell Telekom birgə müəssisəsinin abonentlər arasında çox geniş məşhur olan və 2003-cü ildə üç aylıq müddətə nəzərdə tutulan “Yarıbayarı” kampaniyası öz fəaliyyətini cari ilin sonunadək davam etdirəcəkdir.
Azercell-in mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecə saat 00.00-dan səhər saat 08.00-dək zəng edən bütün abonentlər danışıq qiymətlərinin cəmi 50 faizini ödəməli olacaqlar.
Azercell gələcəkdə də buna bənzər kampaniyaların sayını artırmaq niyyətindədir.