Yasamal rayonunda piyadanı vurub hadisə yerindən qaçan şəxs tutulub
Bakı, 15 mart, AZƏRTAC
Yasamal rayonunda piyadanı vurub hadisə yerindən yayınan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini N.Dadaşova yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsünün Sumqayıt şəhər sakini C.Cəfərov olduğu müəyyənləşdirilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]