Yaxın 2 gün ərzində havanın yağmursuz keçəcəyi gözlənilir
Bakı, 16 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 14-16, gündüz 21-23 dərəcə olacaqdır.
Oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, gündüz dəyişkən buludlu olacağı, şimal küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında oktyabrın 17-18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı olunur. Qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 12-16, gündüz 22-25, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]