Yaxın iki gündə hava dəyişkən buludlu keçəcəkdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə tədricən kəsiləcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaqdır.
Havanın temperaturu gecə 13-15, gündüz 18-21 dərəcə isti təşkil edəcəkdir. Oktyabrın 14-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi, gecə və səhər isə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcəkdir. Havanın temperaturu gecə 13-15, gündüz 18-22 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında oktyabrın 13-14-də əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcəkdir. Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 8-11 dərəcə isti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]