Yaxın üç gündə hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır
Bakı, 7 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.
Gündüz havanın açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaqdır. Havanın temperaturu gecə 13-15, gündüz 17-19 dərəcə isti təşkil edəcəkdir.
Oktyabrın 9-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub küləyi əsəcəkdir. Havanın temperaturu gecə 14-17, gündüz 19-22 dərəcə isti olacaqdır.
Oktyabrın 10-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-18, gündüz 21-24 dərəcə isti təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında oktyabrın 8-də yağış yağacağı, gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, gündüz isə qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi ehtimalı vardır. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaqdır. Havanın temperaturu gecə 12-16, gündüz 15-20, dağlarda gecə 4-7, gündüz 9-14 dərəcə isti təşkil edəcəkdir.
Oktyabrın 9-10-da havanın, əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər isə ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcəkdir. Havanın temperaturu gecə 13-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 11-16 dərəcə isti olacaqdır.
Yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün nisbətən əlverişli olacaqdır.