İQTİSADİYYAT
Yeddi ayda bir istehlakçı orta hesabla ayda 541,7 manat xərcləyib
Bakı, 18 avqust, AZƏRTAC
2023-cü ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 38,5 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 5,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,2 faiz artaraq 37,0 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 541,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 82,1 manat çox vəsait xərcləyib.