Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının fəalları YAP-ın yaranmasının 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiyada Cəbrayıl Rayon İcra Hakimiyyətinin, YAP Cəbrayıl rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Biləsuvar rayonu ərazisində 415 ədəd müxtəlif növ ağac əkilib.
Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.