YENİ MEMARLIQ MÜKAFATI TƏSİS EDİLMİŞDİR
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, 2004-cü ilin dizayn interyerləri sahəsində birinci xüsusi memarlıq mükafatı fərdi yaşayış evi, ictimai interyer və yaşayış interyeri nominasiyaları üzrə veriləcəkdir. “Memarlıq mükafatı” müsabiqəsi peşəkar auditoriya - memarlar, dizaynerlər, memarlıq və dizayn büroları arasında keçirilir. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın əməkdar memarı Rasim Əliyevdir.
Nominasiyalar üzrə layihələr bu il noyabrın 15-dək “Creative System” eksklüziv santexnika salon mağazasında qəbul olunacaqdır. Müsabiqənin məqsədi fərdi sifarişlə yaradılmış ən yaxşı layihələrin seçilməsi, müasir Azərbaycan memarlığı və interyerinin inkişafına kömək etməkdir. Qaliblərə cari ilin dekabrında Memarlıq mükafatı-Yaddaş nişanəsi, qalib və laureat şəhadətnamələri, 5 milyon manat məbləğində pul mükafatı, qiymətli hədiyyələr təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:05]
Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]