Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni münaqişə: Kerç boğazı “alov alır”

Yeni münaqişə: Kerç boğazı “alov alır”

Ukrayna ilə Rusiya arasında kifayət qədər problemlər mövcuddur. Onları beynəlxalq hüquq normaları çərçivəsində həll etmək mümkün olmur. Əksinə, tərəflər bir-birinə zərbələr endirməkdə davam edirlər. Artıq ekspertlər slavyan birliyindən danışmağın imkansız olduğu qənaətindədirlər. Bütün bunlara iki ölkə arasında yeni bir ixtilaf da əlavə olundu. Rusiya Ukraynaya məxsus üç hərbi gəmini saxlayıb. Gəmilərin ekipaj üzvləri də həbs olunublar. Üç ukraynalı dənizçi yaralanıb. Onlar etiraf ediblər ki, Rusiya sərhədini bilərəkdən pozublar. Bu hadisəyə dünyanın böyük dövlətləri reaksiya veriblər. ABŞ, Avropa İttifaqı, Türkiyə və başqaları münaqişənin həll edilməsi zərurətini vurğulayıb, Amerika və Avropa hətta Rusiyanı ittiham ediblər. Bununla da beynəlxalq miqyasda problemlərin yaranmasına təkan verilmiş olur. Bütün bunlar hansı geosiyasi proseslərə təkan verə bilər? Cənubi Qafqaza onun təsirləri mümkündürmü? Bu kimi suallara cavab üzərində geniş dayanmaq istərdik.

Qarşılıqlı ittihamlar: Kiyevlə Moskvanın Azovda toqquşması

Krım, Donbas, Kerç... Rusiya-Ukrayna münasibətlərindəki problemlərdən danışarkən ekspertlər ilk növbədə bu adları sadalayırlar. Kerç məsələsi cəmi bir neçə gün öncə meydana gəldi. Rusiya sərhədçiləri Azov dənizində, Kerç boğazında Ukraynanın Hərbi Dəniz Qüvvələrinə məxsus üç gəmini saxladı. Ukrayna gəmilərinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) silahlı bölməsi hücum edərək atəş açıb və üç nəfəri yaralayıb. Gəmlərin ekipaj üzvləri məhkəmə qarşısına çıxarılıb və təhqiqat başa çatanadək həbsə alınıblar.

Kiyevin buna reaksiyası sərt olub. Prezident Petro Poroşenko bir neçə vilayətdə hərbi vəziyyət elan edib. Eyni zamanda, Ukrayna Prezidenti Avropa İttifaqı üzvlərinə, ABŞ-a və NATO-ya müraciət edib. Vaşinqton və Brüssel Rusiyaya qarşı ittihamedici bəyanat veriblər. Onlar Ukrayna gəmilərinin dərhal azad olunmasını və Azov dənizinə gəmilərin sərbəst daxil olmasını təmin etməyi tələb ediblər. Moskvanın beynəlxalq hüquq normalarını pozduğu bildirilir.

Kreml bütün bunlara hələlik təmkinli reaksiya verir. Moskva Ukrayna gəmilərini qaytarmayıb, üstəlik, ekipaj üzvlərinə qarşı cinayət işi də qaldırıb. Bunların fonunda Vladimir Putin Ukrayna rəhbərliyini təxribatda günahlandırıb. Rusiya Prezidentinin sözlərinə görə, prosesin gedişi göstərir ki, Ukrayna tərəfi əvvəlcədən Rusiyanın su sərhədini pozmağı nəzərdə tutan plan üzrə hərəkət edib. Yəni gəmilər səhvən deyil, bilərəkdən sərhədi pozublar. Bu səbəbdən Rusiya məsələyə bütün ciddiliyi ilə yanaşır. Ekspertlər hesab edirlər ki, vəziyyət Şərqi Avropada yeni bir münaqişə ocağının yaranmasına aparıb çıxara bilər.

Doğrudan da baş verənlərdə müəmmalı məqamlar kifayət qədərdir. Belə bir mənzərə yaranır ki, hər iki tərəf bir-birinə qarşı son dərəcə sərt davranırlar. Onların heç biri güzəşt barədə düşünmür. Ukrayna özünün Mariupol limanına giriş üçün kimsədən icazə almaq fikrində olmadığını bəyan edir. Rusiya isə Azov dənizində gəmilərin hərəkəti üçün ümumi qaydanın müəyyən olunduğunu və ona əməl edən hərbi gəminin maneəsiz Kerç boğazından keçdiyini iddia edir.

Rusiya tərəfinin təqdimatından belə görünür ki, Moskva Kerçi öz ərazisi hesab edir və sularda hərəkət edən hər bir obyekti nəzarətə götürür. Çünki Moskva izahında göstərir ki, sentyabr ayında Ukrayna gəmiləri Rusiya nümayəndəsinin müşayiəti ilə Mariupol limanına daxil olub. Bu zaman Ukrayna tərəfi Rusiyaya lazımi informasiyaları verib. İndi isə Ukrayna tərəfi başqa cür davranır.

Təbii ki, Kiyev bu ittihamları rədd edib iddia edir ki, Ukrayna tərəfi beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib. Lakin artıq məsələ beynəlxalq aləmdə müəyyən reaksiyalara səbəb olub. Donald Tramp Buenos-Ayresdə “Böyük iyirmilik” (“G20”) ölkələri liderlərinin sammitində Vladimir Putinlə görüşməkdən imtina edib. Petro Poroşenko Türkiyə Prezidentinə müraciət edərək Bosfor boğazını bağlamağa çağırıb. Bununla o, Moskvanı cəzalandıra biləcəklərini ifadə edib. Rəcəb Tayyib Ərdoğan isə məsələyə təmkinli yanaşır və tərəfləri dialoqa çağırır.

Ukrayna ilə Rusiya arasında Kerç boğazı ilə bağlı baş verən hadisələrə geniş aspektdə baxanda reallıqda bir qədər fərqli vəziyyətin yarandığı qənaəti alınır. Konkret desək, bu məsələ son dərəcə təhlükəli bir gedişatdan xəbər verir. Özü də proses qlobal miqyasda özünü göstərə bilər. Ukrayna ilə Rusiya arasındakı ixtilafa bir neçə böyük dövlət qarışa bilər. Bu bağlılıqda Türkiyə məsələsinin həssaslığını vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Türkiyə Rusiya ilə yaxın münasibətlərdədir. İndi Türkiyəyə Rusiyaya qarşı açıq şəkildə addım atmağı təklif etmək geosiyasi kontekstdə riskli addımdır. Xüsusilə Ukraynanın müraciəti ilə Türkiyə Bosfordan Rusiya gəmilərinin keçidini qadağan etsə, bu, iki ölkə arasında ciddi böhrana səbəb olar. Unutmaq olmaz ki, Rusiya bu cür vəziyyətlərdə sərt və ciddi addım atmağa hazır olan güclü dövlətdir. Bu səbəbdən çətin ki, Ankara dost Ukraynanın bu çağırışına əməl etsin. Digər tərəfdən, Türkiyə ilə Rusiya arasında gərginliyin yaranması ABŞ-a sərf edir. Sual yaranır: Ukraynanın bu addımlarının arxasında kimlər dayanır? Hansı dairələr meydandadır?

Geosiyasi kontekst: üç istiqamətdən Rusiyaya təzyiq

Yaranmış vəziyyətə ABŞ-Rusiya və Avropa İttifaqı-Rusiya münasibətləri kontekstində yanaşdıqda da çoxlu riskli məqamları görmək mümkündür. Hiss olunur ki, Vaşinqton tədricən Moskva üçün yeni problemlər və risk zonaları yaradır. Qara dənizdən sonra Azov dənizində də Rusiya münaqişə sahəsinə düşmüş olur. Artıq Ukrayna cəbhəsində Krım və Donbasla yanaşı, Kerç münaqişəsindən də bəhs etmək olar. Bunun fonunda Ukrayna bir-birinin ardınca Rusiya ilə imzaladığı sazişləri ləğv edir. Bu, nəyi göstərir? Onu göstərir ki, Ukrayna hüquqi və qanuni olaraq Rusiyadan təcrid edilir. Kiyevi Moskva ilə tarixdən başqa bir şey bağlamır.

Bu proses geosiyasi olaraq, son dərəcə təhlükəli dinamika formalaşdıra bilər. Belə ki, Rusiya küncə sıxışdırıldıqca, daha sərt tədbirlərə əl atmağa məcbur olar. Bu da Amerikaya avtomatik olaraq regionda daha çox hərbi texnika və silah-sursat yerləşdirmək şansı verir. Bununla həm Avropanın ABŞ-a ehtiyacı artmış olur, həm də yeni silahlanma yarışının məkanı genişlənir. Yaxın gələcək üçün silahlı ixtilaflar üçün meydanın genişləndirildiyi təəssüratı yaranır. Təbii ki, bu proqnoz özünü doğrultsa, bütövlükdə postsovet məkanında geosiyasi vəziyyət mürəkkəbləşə bilər.

“Stratfor”un 2019-cu il üçün hazırladığı proqnostik məruzənin işığında Kerç məsələsi daha geniş miqyasda riski özündə daşıyır. Çünki həmin proqnozlardan belə qənaət yaranır ki, Amerika müxtəlif istiqamətlərdən Rusiyaya təzyiqləri artırmağı planlayır. Buraya Şərqi Avropadakı keçmiş sovet respublikaları (Ukrayna, Moldova və Belarus), Cənubi Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) və Mərkəzi Asiya dövlətləri daxildir. Bu kontekstdə Kerç hadisələri uzun müddətə nəzərdə tutulmuş və Rusiyaya qarşı təzyiq mexanizmlərindən biri rolunu oynaya biləcək faktor kimi qiymətləndirilə bilər.

Bu halda sinxron olaraq, “Kerçdən sonra hansı ölkədə hansı problemə təkan veriləcək?” sualı meydana çıxır. O cümlədən Cənubi Qafqazda mümkün təxribatlar üzərində düşünmək lazım gəlir. Burada ABŞ üçün daha çox Ermənistan uyğundur. Bu ölkənin özü də Cənubi Qafqazda geosiyasi vəziyyətin sabitlikdən çıxmasında maraqlıdır. Çünki yalnız qeyri-müəyyən və risklərlə dolu bir vəziyyətdə İrəvan işğal altındakı torpaqları əlində saxlaya bilər.

Təxmin etmək olar ki, növbəti oyun məkanı Ermənistan olacaq. Burada növbədənkənar seçkidə N.Paşinyanın qələbəsi təmin edildikdən sonra nələrin baş verəcəyi maraqlıdır. Ermənilər Azərbaycan və Gürcüstan istiqamətlərində təxribatçı addım ata bilərlər. Rusiya təbii ki, bu hadisələrə laqeyd qalmayacaq və biz yeni bir gərginlik ocağının yaranmasının şahidi ola bilərik.

Cənubi Qafqazla paralel olaraq və ya ondan bir qədər sonra Mərkəzi Asiyada gözlənilməz riskli hadisələr başlaya bilər. Bununla da Şərqi Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya zolağında ABŞ-Rusiya qarşıdurması yeni gərginlik səviyyəsinə yüksələ bilər.

Bu proqnozlar işığında Ukrayna-Rusiya qarşıdurmasının daha da şiddətlənməsinin yalnız Ukraynada keçiriləcək prezident seçkisi ilə şərtlənmədiyi nəticəsini çıxara bilərik. Doğrudur, Petro Poroşenko bu gedişlə müəyyən xal qazana bilər. Əhali Qərbin onu dəstəklədiyinin şahidi olur. Ukraynanın ciddi təhlükə qarşısında olduğu bir zamanda prezidenti dəyişmək ağıllı seçim olmazdı. Lakin real vəziyyətin məhz belə olub-olmadığı da seçiciyə tam aydın deyil.

Burada yuxarıda vurğulanan qlobal geosiyasi konteksti də nəzərə almaq gərəkdir. Yəni pərdə arxasında ABŞ-ın geosiyasi maraqları varsa, kim haqlıdır: Poroşenko, yoxsa Putin? Və bundan kimlər qazanacaq: Ukrayna xalqı, yoxsa Rusiya xalqı? Bütün bunlar qeyri-müəyyən mənzərə yaradır. Belə qənaət əldə edilir ki, Kerç hadisəsi geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirir və bundan sonra kimin necə davranacağı bəlli deyil. O cümlədən P.Poroşenkonun dediyi kimi, Rusiya yerüstü əməliyyatla Ukraynanın bir neçə rayonunu da işğal edə bilər.

Beləliklə, Rusiya ilə Ukrayna arasında yaranan yeni münaqişə qlobal geosiyasi vəziyyətə neqativ təsir göstərə, bununla da keçmiş postsovet məkanında yeni ixtilafların başlanğıcı ola bilər. Bu alovdan kimin salamat çıxacağını isə demək çox çətindir.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb