Yeniyetmə sərbəst güləşçilərimiz İranda üçüncü olublar
Bakı, 3 noyabr, AZƏRTAC
İranın Məşhəd şəhərində yeniyetmələr arasında sərbəst güləş üzrə “Seyid Cəfər Musəvi Kuboku” keçirilib.
AZƏRTAC xəbər verir ki, komanda yarışında ölkəmizi məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsiblidən (110 kq) ibarət heyət təmsil edib.
Yığmamız İranın 3 komandası ilə eyni qrupda yer alıb. İlk qarşılaşmada 8:2 hesabı ilə qalib gələn millimizin növbəti görüşündə bərabərlik qeydə alınıb - 5:5. Təşkilatçılar müəmmalı şəkildə qələbəni rəqibə veriblər. Günün sonunda isə yığmamız növbəti İran təmsilçisini 9:1 hesabı ilə məğlub edərək qrupda ikinci yeri tutub. Ertəsi gün Ukraynaya 7:3 hesabı ilə qalib gələn komandamız bürünc medalın sahibi olub.
Qeyd edək ki, turnirdə ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]