Azərbaycan Dövlət İnformasiya Agentliyi

YEVLAX ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELMAR VƏLİYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

İcazə verin, səfərinizi böyük ümidlə gözləyən, bu fərəhli anları yaşayan bütün yevlaxlılar adından Sizi salamlayım, onların minnətdarlığını Sizə çatdırım. Siz artıq ikinci dəfədir Yevlaxdasınız və budəfəki gəlişiniz də rayonumuza yeni nəfəs, yeni həyat verəcəkdir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı yevlaxlıların həyatında, onların maddi rifahının yaxşılaşmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən indiyədək şəhərimizdə 10 421 iş yeri açılmışdır ki, onlardan da 5194-ü daimi iş yerləridir. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə üç dəfədən çox artmışdır.

Möhtərəm cənab Prezident, 2006-cı ildə 120 milyon manat dəyərində ümumi məhsul buraxılmışdır ki, bu da 2003-cü ildəkindən 75 faiz çoxdur. Bu ilin 9 ayında isə keçən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun artımı 55,1 faiz olmuşdur. Məlumat üçün bildirirəm ki, əvvəllər müxtəlif səbəblərdən şəhərimizi tərk edib Rusiyaya və başqa ölkələrə gedən 1405 nəfərdən son dörd ildə 1327 nəfəri Yevlaxa qayıtmış, müxtəlif işlə təmin olunmuşdur.

Yevlaxda Sizin tapşırığınızla sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmışdır. Şəhərdə yeni tikilən müəssisələrin, demək olar ki, əksəriyyəti sahibkarların vəsaiti hesabına inşa edilmişdir. Məhz bunun nəticəsidir ki, şəhərimizdə 9 yeni özəl bank filialı fəaliyyətə başlamışdır. Yevlaxda son 4 ildə sənaye potensialının artırılması, işsizliyin azaldılması üçün 650 nəfər qadın işləyən “Lalə Tekstil” tikiş fabriki, 300 nəfərin çalışdığı kərpic zavodu, 80 nəfər işçisi olan ARFA mebel fabriki, 300 nəfər işçisi olan “Gilan” dəri emalı zavodu, un məmulatları və konserv məhsulları müəssisələri, kənd təsərrüfatı istehsalçılarına xidmət edən aqrotexnika müəssisəsi, “Aqrolizinq”in regional təchizat bazası, yeni istehsal sahələrinin yaradılması hesabına istehsal gücünü xeyli artırmış qida məhsulları kombinatı, saatda 160 ton asfalt istehsal edən 2 zavod, dəmir-beton zavodu və digər müəssisələr tikilib istifadəyə verilmişdir. Son illər həyata keçirilən tədbirlər nəticəsində sənaye məhsulunun istehsal həcmi dəfələrlə artmışdır. Bu ildən etibarən istehsal olunmuş sənaye məhsulunun 50 faizi İtaliya, İspaniya, Türkiyə, Ukrayna, Gürcüstan, Rusiya və digər ölkələrə ixrac olunur. Bütün maliyyə mənbələri hesabına son 4 ildə tikinti, abadlıq-quruculuq işlərinə kapital qoyuluşunun həcmi 100,8 milyon manat olmuşdur ki, bunun da 83 milyon manatı əsas kapitala yönəlmişdir.

Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində son 4 ildə 8 kənddə ən müasir yeni məktəb binaları tikilmiş, şəhərin 7 məktəbində isə əsaslı təmir işləri aparılmışdır. Bundan əlavə, 600 yerlik 30 əlavə sinif otağı tikilmişdir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramına uyğun olaraq, rayonumuzda 2 müasir məktəb kompleksi tikilmiş, hər cür avadanlıqla təmin olunmuşdur. İcazə verin, respublikamızda təhsilin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsində misilsiz işlərin müəllifi olan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, çox hörmətli Mehriban xanım Əliyevaya yevlaxlıların dərin minnətdarlığını çatdırım.

Möhtərəm cənab Prezident!

Məhz Sizin qayğınız nəticəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 3 yaşayış binası tikilərək istifadəyə verilmiş, daha 36 ailəlik binanın inşası nəzərdə tutulmuşdur. Bundan əlavə, şəhər əhalisinin mənzilə olan ehtiyacını ödəmək üçün Kür çayı ətrafında 8 ədəd çoxmərtəbəli yaşayış binasının inşasına başlanmışdır.

Son illər respublikamızda idmanın inkişafına göstərdiyiniz böyük qayğının nəticəsidir ki, indi ölkə idmançılarının zəfər müjdələri müxtəlif beynəlxalq turnirlərdən gəlir. Bu sırada Yevlax idmançılarının da çox uğurları var. Sizin diqqət və qayğınız sayəsində Yevlaxda 2004-cü ildə “Karvan” idman klubu yaradılmışdır. Klubun nəzdində fəaliyyət göstərən “Karvan” futbol komandası ölkənin güclülər dəstəsində uğurla çıxış edir. Yevlax idmanının inkişafında mühüm rol oynayan, Avropa standartlarına cavab verən 6 min yerlik şəhər stadionu, idman-sağlamlıq mərkəzi tikilmişdir. Sizin 2005-ci il 30 avqust tarixli Sərəncamınızla təsdiq edilmiş Azərbaycan gəncliyi Dövlət proqramına uyğun olaraq, şəhərimizdə müasir üslubda Gənclər evinin tikintisi sürətlə davam etdirilir.

Möhtərəm cənab Prezident, əlbəttə, şəhərimizdə görülən işlər barədə bu gün Sizə məlumat vermək olduqca xoşdur, amma hələ bundan sonra göstəriş və tövsiyələrinizə uyğun olaraq görəcəyimiz işlərin miqyası daha böyükdür. Yevlaxlılar inanırlar ki, qısa dövr ərzində, növbəti 5 ildə də Sizin rəhbərliyinizlə ölkədə böyük xarüqələr yaranacaqdır. Yaradan, quran, xalq və vətən üçün çalışan insanlara Sizin verdiyiniz dəyər ruh mənbəyimizdir. Bütün yevlaxlıların arzusunu ifadə edərək bildirmək istəyirəm ki, daim dövlətimizə, dövlətçiliyimizə sadiq olacaq, hər zaman bunu əməli işimizlə sübut edəcəyik. Sizin yüksək etimadınızı doğrultmaq üçün var qüvvəmizlə çalışacağıq.

                                               X X X

Prezident İlham Əliyev görüşdə nitq söylədi. 

                                             X X X

Sonra Prezident İlham Əliyev sakinlərlə görüşdü, onların qayğı və problemləri ilə maraqlandı. Sakinlər ulu öndərin tarixi xidmətlərini xatırlatdılar, regionların sosial-iqtisadi inkişafı proqramı ilə bağlı görülən işlərdən məmnunluqlarını bildirdilər və Prezidentin uğurlu siyasətini daim dəstəkləyəcəklərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub