Azərbaycan Dövlət İnformasiya Agentliyi

YEVLAX ŞƏHƏRİ İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

Əziz yevlaxlılar,

Əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gün Heydər

Əliyev adına sarayın açılışı münasibətilə sizi təbrik edirəm.

Bu gözəl və müasir saray ulu öndər Heydər Əliyevin adını daşıyır. Azərbaycan xalqının rifah halının yaxşılaşmasında, Azərbaycanda müstəqil dövlətin qurulmasında Heydər Əliyevin rolu danılmazdır və bu gün Azərbaycanın inkişaf etdirilməsinə xidmət göstərir. 1970-80-ci illərdə biz başqa ictimai-siyasi quruluşda yaşayırdıq. O vaxt da Azərbaycan müttəfiq respublikalar arasında ən axırıncı yerdən ən birinci yerə çıxmışdı. Əgər o illərin statistikasına nəzər salsaq görərik ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərliyə gələndə, bütün başqa respublikalardan fərqli olaraq, Azərbaycan ən aşağı səviyyədə idi. Həm iqtisadi inkişaf baxımından, sənaye istehsalı baxımından və həm də sosial infrastrukturun mövcudluğu baxımından. Amma 1982-ci ildə artıq Heydər Əliyev Moskvaya dəvət olunanda Azərbaycan müttəfiq respublikalar arasında birinci yerdə idi.

Eyni mənzərəni biz müasir dövrdə də yaşadıq. 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyinə qovuşduqda çox böyük çətinliklərlə üzləşmişdi. Ölkədə çox xoşagəlməz proseslər gedirdi.

Özbaşınalıq, xaos və iqtisadi böhran hökm sürürdü. Azərbaycanın iqtisadi vəziyyəti çox acınacaqlı idi. Faktik olaraq, Azərbaycanda sənaye istehsalı dayanmışdı və iqtisadiyyat məhv edilirdi. Heydər Əliyevin qətiyyəti, onun siyasəti və fəaliyəti nəticəsində 1993-cü ildən 2003-cü ilə qədər Azərbaycan böyük və şərəfli yol keçmişdir və bu gün bu siyasət davam etdirilir. Əgər indi biz nəinki keçmiş Sovet İttifaqı respublikalarının, hətta bütün başqa dünya ölkələrinin iqtisadi artımına baxsaq görərik ki, son 3 ildə Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ölkə yoxdur. Biz iqtisadi artımın sürətinə görə dünyanın birinci ölkəsiyik. Bu liderliyi 3 ildir saxlayırıq və əminəm ki, gələcək illərdə də saxlayacağıq. Bu, real həyatdır. Bu, şəxsiyyətin tarixdə roludur və biz bu gün Heydər Əliyev siyasətinə sadiq qalaraq, ölkəmizi daha da inkişaf etdiririk. İndi ölkəmizin qarşısına yeni vəzifələr çıxır, yeni çağırışlar çıxır - həm xarici siyasətdə, həm daxili siyasətdə. Biz buna hazırıq və öz əməyimizlə, fəaliyyətimizlə ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq.

Bu gün Azərbaycan istənilən məsələni həll edə bilər. Biz ölkə daxilində böyük işlər görürük - infrastruktur layihələri, böyük layihələr həyata keçirilir, həm ölkəmiz üçün, həm də dünya üçün əhəmiyyətli layihələr həyata keçirilir. Dövlət investisiya xərcləri artır. Dövlət büdcəmiz son 4-5 il ərzində təxminən 10 dəfə artıbdır və ölkədə bütün işlər bu iqtisadi artımın hesabına görülür. Əgər bu olmasaydı, iqtisadi məsələlərə belə böyük diqqət göstərməsəydik, bizim imkanlarımız məhdud olacaqdı. Bu gün isə Azərbaycanın qarşısında çox gözəl perspektivlər açılır.

Biz ulu öndərin təşəbbüsü ilə başlanmış və uğurla davam etdirilən neft strategiyamızı irəliyə aparırıq. Bu siyasət Azərbaycana çox böyük iqtisadi mənfəət gətiribdir, eyni zamanda, siyasi kapital yaradır. Azərbaycan indi dünyada sayılan ölkələrdən biridir, dünyada söz sahibidir. Bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizi gücləndirir, həm də regional inkişafa müsbət təsir göstərir. Əlbəttə ki, biz bu gözəl imkanlardan faydalanırıq. Bu imkanları biz özümüz yaratmışıq, heç kim bunu bizim əvəzimizə etməyibdir. Azərbaycan xalqı ancaq öz gücünə arxalanır və biz, sözün əsl mənasında, müstəqil siyasət aparırıq. Müstəqil siyasət o deməkdir ki, xalqın maraqlarına uyğun aparılır. Bizim siyasətimizdə də Azərbaycan xalqının milli maraqları ən birinci yerdədir. Məhz bu gün Azərbaycanın həm siyasi, həm iqtisadi imkanları bu siyasətin aparılması üçün gözəl şərait yaradır. Biz bundan istifadə edərək, ölkəmizi daha da inkişaf etdirməli, daha da böyük işlər görməliyik. Həm iqtisadi, həm siyasi, həm də sosial sahədə nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunmalıdır. Regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra edilir. Bütün rayonlarda böyük inkişaf, canlanma var, binalar tikilir, zavodlar, fabriklər, sosial obyektlər tikilir. Beləliklə, Azərbaycanın iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir. Həm qeyri-neft sektoru inkişaf edir, sahibkarlıq inkişaf edir və həm də insanların həyat səviyyəsi yaxşılaşır.

Azərbaycanda son illər ərzində əldə edilmiş bu nəticələr Yevlaxda da görünür və açıq demək istəyirəm ki, bəlkə də, başqa bölgələrlə müqayisədə Yevlaxda daha da böyük işlər görülür və siz də bunu gözəl bilirsiniz. Müqayisə aparmaq üçün statistik rəqəmlərə baxmaq və Yevlaxın müasir simasına nəzər salmaq kifayətdir. Mən üç il bundan əvvəl burada olmuşam. Ondan əvvəlki illərdə də olmuşam. Yaxşı bilirəm burada vəziyyət necə idi, siz də bunu yaxşı bilirsiniz. Bu gün isə deyə bilərəm ki, Yevlax Azərbaycanın ən inkişaf etmiş şəhərləri sırasındadır və bu münasibətlə mən sizi təbrik edirəm. Şəhərin axşam görüntüsü də çox gözəldir. Dünən mən axşam gəzintiyə çıxdım, insanlarla görüşdüm, parklara baxdım və gördüm ki, doğrudan da çox müasir, gözəl səviyyədədir. Binalar tikilir, işıqlandırılır, parklar salınır. Yəni, həm sosial infrastrukturun yaradılması, həm də insanların rahatlığı üçün çox böyük işlər görülür. Eyni zamanda, şəhərin iqtisadi potensialının möhkəmlənməsi üçün. Bu gün mən bir neçə sənaye obyektində olacağam, orada gedən işləri öz gözümlə görəcəyəm. Amma bilirəm, məlumatım var ki, Yevlaxda son müddət ərzində çox böyük sənaye kompleksləri tikilibdir.

O komplekslər ki, iş yerləri yaradır, eyni zamanda yerli istehsalı yaradır. Elmar Vəliyevin dediyi kimi, artıq Yevlaxda istehsal edilən məhsullar xaricə ixrac olunur. Bu, böyük nəticədir, böyük göstəricidir. Əvvəllər Azərbaycanda ixracqabiliyyətli məhsullar o qədər də çox sayda deyildi. Bizim əsas ixrac potensialımız təbii ehtiyatlarla bağlı idi - neft, neft məhsulları, neft kimyası məhsulları. Ancaq bu gün Azərbaycanda müxtəlif məhsullar istehsal edilir və onlar ixrac olunur, özü də dünyanın aparıcı ölkələrinə. Həmin sənaye kompleksləri təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində də, o cümlədən Yevlaxda yaradılır. Bunlar həm işsizliyin aradan qaldırılmasına, yoxsulluğun azaldılmasına xidmət göstərir, həm də şəhərin iqtisadi potensialını gücləndirir. Zavodlar, fabrikər - bunlar çox lazımdır, biz bunu həm dövlət investisiya xətti ilə etməliyik, həm Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə kreditlərin verilməsi ilə etməliyik. Sahibkarlığa daha da böyük dəstək verməliyik və elə şərait yaratmalıyıq ki, Azərbaycana investisiya qoymaq çox əlverişli iş olsun. Bu gün bu gözəl işlər görülür və Azərbaycanda bütövlükdə investisiya mühiti çox müsbətdir. Həm xaricdən, həm yerli sahibkarlar investisiya qoyurlar. Bizim müasir tariximizdə artıq birinci dəfədir ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Yəni, bu o deməkdir ki, artıq yerli sahibkarlıq sinfi yaranıbdır. Onlar bu investisiyaları qoyur və dövlətin imkanları artır. Təkcə gələn il Azərbaycanın iqtisadiyyatına 3 milyard manat həcmində dövlət investisiyaları qoyulacaqdır. Yeni zavodlar, fabriklər, elektrik stansiyaları, su xətləri, qaz kəmərləri, yollar, körpülər tikiləcəkdir. Beləliklə, sahibkarlığın inkişafı üçün bu gözəl şərait yaradılır. Əlbəttə ki, yerli icra orqanları bu sahəyə böyük diqqət göstərməlidirlər, sahibkarlığa həmişə kömək etməli, onlara məhdudiyyətlər yaratmamalıdırlar ki, sahibkarlıq inkişaf etsin. Bax, Yevlaxda biz bunu görürük. Zavodlar, fabriklər yaranır. Özü də o zavodlar, fabriklər ki, yenə də deyirəm ki, onların istehsal etdiyi məhsullar yüksək səviyyədədir.

Sizin şəhərinizdə sosial infrastruktura böyük diqqət göstərilir. Məktəblər tikilir, parklar salınır. Bu, böyük vəsait tələb edir. Bir parkın yaradılması üçün nə qədər böyük zəhmət və vəsait lazımdır. Sosial sahə elə sahədir ki, burada iqtisadi səmərədən söhbət gedə bilməz. Zavod, fabrik tikilirsə, sonra oraya qoyulan vəsait qayıdır, mənfəət əldə edilir. Amma parklar, xiyabanlar, yollar - bütün abadlıq işləri, sadəcə, onun üçündür ki, insanlar daha da yaxşı yaşasınlar. Bizim şəhərlərimizin siması dəyişsin, müasirləşsin, müasir infrastruktur olsun, rahatlıq olsun və Yevlaxda biz bunu görürük. Burada bir neçə park salınıb, məktəblər tikilir, böyük saraylar, muzeylər, stadionlar tikilibdir. Bu yaxınlarda böyük xəstəxana kompleksi tikiləcək, avtomobil yolları salınır. Bu, onu göstərir ki, şəhər hərtərəfli inkişaf edir və Azərbaycanın müasir reallıqları məhz bundadır.

Həm də güclü iqtisadi potensialın yaradılmasıdır və biz buna nail olmuşuq. Bu gün Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Sənaye potensialının yaradılması və möhkəmlənməsinə, böyük sənaye komplekslərinin tikintisində, bəlkə də, əvvəlki illərdə olan praktikaya artıq biz yenidən baxmalıyıq. Yerli xammala əsaslanan yeni müəssisələr yaradılmalıdır, müasir texnologiyalar, xarici texnologiyalar gətirilməlidir.

Sosial sahəyə diqqət göstərilməlidir, əlbəttə ki, ilk növbədə, dövlət tərəfindən. Maaşlar və pensiyalar, sosial müavinətlər artırılır və bu, gələcəkdə də olacaqdır. Eyni zamanda, insanların gündəlik təmasda olduqları sosial infrastrukturun yeniləşməsi - məktəblər, xəstəxanalar, poliklinikalar, parklar və sair. Bax, Azərbaycan bu istiqamətdə inkişaf edir. Ona görə bizim ölkəmizin inkişafı çox dinamikdir, çox müsbətdir və hərtərəflidir. Yəni biz, sadəcə, hansısa bir sahəni inkişaf etdirməklə məşğul deyilik, bütün sahələri inkişaf etdiririk. Əlbəttə ki, Azərbaycana ən böyük uğur və imkanlar gətirən Heydər Əliyev neft strategiyasını davam etdiririk. Onun yeni mərhələsinə qədəm qoyuruq. Demək olar ki, Azərbaycanda bütün neft-qaz əməliyyatları uğurla başa çatıbdır. Qarşıda qoyduğumuz bütün məqsədlərə çatmışıq. Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini uğurla başa çatdırmışıq və bu kəmər Azərbaycanın, xalqımızın uzunmüddətli inkişafını və rifahını təmin edəcəkdir.

Bundan başqa digər enerji layihələrimizi həyata keçiririk. Onların həm ölkəmiz üçün, ölkənin iqtisadiyyatı üçün, həm də beynəlxalq əməkdaşlıq üçün böyük əhəmiyyəti var. Beləliklə, Azərbaycanın dünyadakı mövqeyi artır. İndi hamı bilir ki, dünyada ən mötəbər dairələrdə ən çox müzakirə olunan məsələ enerji təhlükəsizliyidir. Bütün dünya bundan danışır. Xüsusilə inkişaf etmiş ölkələr ki, onlar xarici enerji resurslarından asılıdır. Azərbaycan öz enerji müstəqilliyini tam şəkildə təmin edibdir. Nəinki bu gün, 100 il, 150 il bundan sonra biz bu sahədə heç bir problem görməyəcəyik. Bu, əlbəttə ki, bizim gücümüzü artırır. Amma bizim gücümüzü artıran digər bir amil odur ki, biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. Həm qonşu ölkələrə, həm də ki, Azərbaycana coğrafi baxımdan o qədər də yaxın olmayan ölkələrə. Beləliklə, bizim siyasi çəkimiz artır. Beləliklə, Azərbaycan özünün vacib bildiyi məsələləri dünya müstəvisində daha asanlıqla həll edə bilər və ölkəmiz çox böyük hörmətə malik olur. Beləliklə, neft siyasəti təkcə iqtisadi amil və enerji amili deyil, bu, geniş, geosiyasi gündəliyin böyük bir tərkib hissəsidir. Azərbaycan bu istiqamətdə dünya miqyasında öz rolunu oynayır və bu rol getdikcə artır. Bir daha demək istəyirəm ki, bu, ölkəmizə, xalqımıza əlavə imkanlar yaradır və əlbəttə ki, gələcəkdə görəcəyimiz işlər Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilməlidir. Biz də bunu edirik.

İldən-ilə artan büdcə, ildən-ilə artan maaşlar və iqtisadi imkanlar, əlbəttə ki, Azərbaycanın bütün bölgələrinin inkişaf etdirilməsinə şərait yaradacaqdır. Mən çox şadam ki, bizim bölgələrimiz canlanır. Bölgələrdə iş yerləri açılır, təbii yollarla miqrasiya hallarının qarşısı alınır. İş yerləri açıldıqda, əlbəttə ki, insanlar da başqa ölkələrə getməyəcəklər. İcra başçısı qeyd etdi ki, Yevlaxa nə qədər sakin qayıdıbdır. Əlbəttə ki, əgər onlar burada yaxşı şəraitdə, yaxşı sahədə, gəlirli sahələrdə işləyəcəklərsə, əlbəttə ki, onlar üçün doğma vətəndə yaşamaq daha da yaxşıdı, nəinki qürbətdə.

Bax, Azərbaycanın reallıqları bunlardır və sizə deyə bilərəm ki, ölkəmizdə görülən işlər, son illər ərzində artan dinamika Yevlaxda da görünür və mən buna çox sevinirəm. Yevlax Azərbaycanın qədim torpağıdır, bu bölgənin çox böyük tarixi var. Yevlaxlıların Azərbaycana çox böyük töhfələri olubdur və bura strateji nöqteyi-nəzərdən çox önəmli şəhərdir. Ölkəmizin coğrafi mərkəzidir, nəqliyyat, kommunikasiya, enerji dəhlizlərinin keçdiyi bir yerdir. Yevlaxlılar həmişə, bütün dövrlərdə Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişlər və bu gün də siz sədaqətlə xidmət edirsiniz. Bu xidmətə görə mən sizə öz minnətdarlığımı bildirirəm.

Əziz dostlar, bu gün hələ çoxlu açılışlar, yeni müəssisələrin açılışları olacaqdır. Ancaq bu səhər biz sizinlə görüşümüzü bu gözəl, möhtəşəm sarayın - ulu öndərin adını daşıyan bu sarayın qarşısında keçiririk. Azərbaycanda Heydər Əliyevin adını daşıyan müxtəlif yerlər var - saraylar, müəssisələr var. Bu, Azərbaycan xalqının ulu öndərə, onun xatirəsinə olan böyük hörmətinin əlamətidir. Ən önəmlisi isə, ulu öndərin əməlləri yaşayır. Onun siyasəti yaşayır və bu, Azərbaycan xalqının xoşbəxt gələcəyinə aparan siyasətdir. Biz bu siyasətə sadiqik, bu siyasəti davam etdirəcəyik və xalqın dəstəyi ilə Azərbaycanı yeni-yeni zirvələrə çatdıracağıq. Sağ olun. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub