Yük avtomobilində gömrük nəzarətindən gizlədilən alkoqollu içkilər aşkarlanıb
Bakı, 31 avqust, AZƏRTAC
Daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin şəxsi əşyalar üçün nəzərdə tutulmuş sandıqçasında gömrük nəzarətindən gizlədilən, üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma markası olmayan 53 ədəd 0,7 litrlik alkoqollu içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:58]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:35]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:16]
® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 14.10.2026 [18:12]