YUNANISTANIN HƏRBİ HƏKİMLƏRİ NÜVƏ, KİMYƏVİ VƏ BİOLOJİ SİLAHDAN MÜDAFİƏ METODLARINI ÖYRƏNƏCƏKLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yunanıstanın bir qrup hərbi həkimi nüvə, kimyəvi və bioloji silahdan müdafiə metodlarını öyrənmək üçün Çexiyanın Liberets şəhərinə getmişdir. Bir həftədən sonra daha bir qrup onlara qoşulacaqdır.
Bundan məqsəd real nüvə, kimyəvi və bioloji silah şəraitində həkimlərin hazırlığını yoxlamaqdır. Belə ki, onlar qarşıdakı Olimpiya oyunları zamanı zəhərli maddələrin tətbiq edilə biləcəyi hadisələrin nəticələrini aradan qaldırmaqda hökumət qurumlarına ilk yardım göstərəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]