Zabratda müəssisədə üzərinə isti su tökülən şəxslərdən biri ölüb
Bakı, 26 sentyabr, AZƏRTAC
Bakıda üzərinə isti su tökülən şəxs ölüb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 16-da paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində 1983-cü il təvəllüdlü Fəqan Şirinov və 2002-ci il təvəllüdlü Nahid Həsənovun üzərinə isti su tökülməsi və sonuncunun almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
- 01.10.2026 [18:15]