ZALQALI ERMƏNİLƏR YENƏ DƏ GÜRCÜLƏRİ DÖYÜBLƏR
Yüksək dağlıq bölgələrdə yerləşən Zalqa rayonunda əsasən yunanlar yaşayırdılar. Gürcüstanda 90-cı illərin məlum hadisələrindən sonra yunanlar kütləvi surətdə buradan köçməyə başlamış, 20-dək kənd boşalmışdır. Bu kəndlərə Gürcüstanın digər yüksək dağlıq bölgəsindən gürcülər köçürülmüşdür. Az sonra Zalqada yaşayan ermənilərlə onların münasibətində gərginlik yaranmış və tez-tez toqquşmalar baş vermişdir. Hakimiyyət orqanlarının yerli ictimaiyyətin nümayəndələrinin işə qarışması toqquşan tərəfləri sakitləşdirmiş, münaqişə böyümüşdür. Yeri gəlmişkən, rayon İcra Hakimiyyətinin başçısı svan Eldar Xvistiani döyülən günün səhəri vaxtilə Qardabani, Marneuli və Tetrisxaro (Ağbulaq) rayonlarına- köcürülmüş svanlar Marneuliyə toplaşıb Zalqali ermənilərlə haqq-hesab çəkməyə getmək istəmişlər. Lakin hakimiyyət orqanları onları dağıtmış və Zalqaya buraxmamışdır.
Yanvarın 29-da Zalqada yenə də ermənilərlə gürcülər toqquşmuşlar. Qumbarti kəndinə köçürülmüş gürcülər Aşkala kəndində yaşayan ermənilərlə dalaşmışlar. Ermənilər gürcüləri döymüş, bir neçə minik avtomobilinin şüşəsini sındırmışlar. Yerli ermənilərin sözlərinə görə “indiyədək burada 10-dan çox belə hadisə baş vermişdir. Bunun da əsas səbəbi gəlmə gürcülərin özlərini yekəxana və təkəbbürlü aparması, sözlərinə sərhəd qoymaması, milli azlıqların hüquqlarını tapdalamağa cəhd göstərmələri olmuşdur. Onların təbirincə, Gürcülər özlərini buranın tam sahibi sayır və deyirlər ki, nə ermənilər, nə yunanlar, nə də azərbayacanlılar bu torpağa sahib ola bilməzlər. Halbuki sadalanan xalqların burada ən azı əsrlik tarixləri vardır. Belə adamlarla biz bir yerdə yaşaya bilmərik, onlar fitənkardırlar, Zalqadan köçürülməlidirlər”.
Gürcülərin fikrincə isə, rayonda əksər vəzifələri ermənilər tutduğundan belə özbaşınalıq edirlər. Rayon icra hakimiyyətində yalnız iki gürcü işləyir, 30 kənd məclisi sədrindən 20-si ermənidir. Hüquq mühafizə orqanlarında da ermənilər əsas vəzifələri tuturlar. Buna görə də onlar cəzasız qalacaqlarına əmin olub bizi döyürlər.