Zambiyalı mütəxəssis COP29-u fərqləndirən cəhətlərdən danışıb
Bakı, 21 noyabr, AZƏRTAC
İqlim maliyyəsinin ayrılmasında konkret öhdəliklərin götürülməsi, həmçinin uşaqların səslərini, onların çağırışlarını dinləmək və bunu həyata keçirmək kimi mövzularda müzakirələrin aparılması COP29-u fərqləndirən cəhətlərdəndir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Zambiyadakı “Save the Children” təşkilatının uşaq hüquqlarının idarə edilməsi üzrə mütəxəssisi Sichepele Hermis Maunda söyləyib.
"İnanıram ki, danışıqlardan müsbət nəticələr əldə edəcəyik. Mən artıq 2 həftədir ki, Azərbaycandayam. Yaradılan şəraitdən, ümumilikdə isə hər şeydən razı qaldım",- deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.09.2026 [11:05]
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) başlayıb YENİLƏNİB VİDEO
- 24.06.2026 [04:44]