“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində keçirilən növbəti təlimdə məktəblilər məlumatlandırılıblar
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) maarifləndirmə tədbiri olan “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində keçirilən təlimlər davam etdirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, həmin məqsədlə Xəzər Universiteti nəzdində “Dünya məktəbi”nin IV sinif şagirdləri RSXM-in Monitorinq Mərkəzində olublar. Monitorinq mərkəzində şagirdlərə zəlzələ zamanı davranış qaydalarına dair təlim keçirilib. Təlimi “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova və “Zəlzələlərin tədqiqatı bürosu”nun əməkdaşı Yeganə Muradova keçiriblər.
Təlim zamanı, həmçinin şagirdləri maraqlandıran suallar cavalandırılıb.