Zəngilan rayonunun İkinci Muğanlı kəndi FOTO
Bakı, 5 yanvar, AZƏRTAC
Zəngilan rayonunun İkinci Muğanlı kəndi Arazboyu ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
İkinci Muğanlı kəndi Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.