Zəngilan rayonunun Mirzəhəsənli kəndi FOTO
Bakı, 24 dekabr, AZƏRTAC
Zəngilan rayonunun Mirzəhəsənli kəndi Gilətağ kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Mirzəhəsənli kəndi Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 23-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mirzəhəsənli kəndinin görüntülərini təqdim edir.