AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV İSVEÇRƏYƏ YOLA DÜŞMÜŞDÜR

27.01.1995 [13:03]
Yanvarın 27-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev İsveçrənin Davos şəhərində öz işinə başlayan Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün bu ölkəyə yola düşmüşdür. ...

İSTANBUL HAVA LİMANINDA JURNALİSTLƏRLƏ GÖRÜŞ

20.12.1994 [23:32]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mətbuat işçilərinə dedi: - Mən Mərakeşin Kasablanka şəhərindən İslam Konfransı Təşkilatının Zirvə toplantısından qayıdaraq Bakıya gedirəm. Təyyarəmiz birbaşa Bakıya gedə bilmədiyinə görə İstanbulda enmək məcburiyyətindəyik. Bildiyiniz kimi, mən oraya gedəndə də buradan – İstanbuldan ...

MÜSTƏQİL AZƏRBAYCAN DÜNYA MİQYASINDA YÜKSƏK NÜFUZ QAZANIR

20.12.1994 [15:30]
Xəbər verdiyimiz kimi, dekabrın 12-də Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Kasablanka Zirvə toplantısında iştirak etmək üçün Mərakeşə yola düşdü. Azərbaycan dövlətinin ...

İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINDA

16.12.1994 [21:29]
Mərakeşin Kasablanka şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə toplantısı zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dekabrın 15-də bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşərək, işgüzar söhbətlər və danışıqlar aparmışdır. Azərbaycan dövlətinin başçısı Türkiyə Prezidenti Süleyman ...

İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINDA

15.12.1994 [21:33]
Mərakeşin Kasablanka şəhərində İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşü davam edir. Xəbər verdiyimiz kimi, Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də çıxış etmişdir. İslam Konfransı Təşkilatının toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin aradan ...

İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINDA

14.12.1994 [20:27]
Dekabrın 13-də Mərakeşin Kasablanka şəhərində İslam Konfransı Təşkilatının üzvü olan dövlət və hökumət başçılarının növbəti görüşü öz işinə başlamışdır. Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də iştirak edir. Toplantının açılışı ərəfəsində Azərbaycan dövlətinin başçısı Birləşmiş Ərəb Əmirliklərinin ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV MƏRAKEŞƏ, İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINA YOLA DÜŞMÜŞDÜR

13.12.1994 [20:26]
Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının (İKT) növbəti Zirvə Toplantısında iştirak etmək üçün Mərakeşə yola düşmüşdür. O, Binə hava limanında jurnalistlərə müsahibə verərək demişdir: -Şübhəsiz ki, hər bir zirvə toplantısı böyük əhəmiyyətə malikdir. Əlbəttə, ATƏM-in ...

AZƏRBAYCAN DİPLOMATİYASININ TALEYÜKLÜ BÖYÜK UĞURU
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİ

09.12.1994 [20:17]
Xəbər verdiyimiz kimi, dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onun başçılıq etdiyi nümayəndə heyəti ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının görüşündə - zirvə toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeştə gəldi. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan dövlətinin başçısı onun ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİ

06.12.1994 [13:20]
Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏM-in üzvü olan ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak etmək üçün Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşmüşdür ...

QARDAŞLIĞIMIZ VƏ DOSTLUĞUMUZ ƏBƏDİDİR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ

03.11.1994 [23:24]
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə dost ölkədə keçirilən yubiley tədbirlərində iştirak etmək və iki qardaş dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsi ilə əlaqədar Türkiyə rəhbərləri ilə görüşlər keçirmək üçün ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ

03.11.1994 [20:24]
Dahi şairimiz Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş yubiley şənliklərində iştirak etmək üçün qardaş Türkiyə Respublikasına qeyri-rəsmi səfərə gəlmiş Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev noyabrın 1-də öz iqamətgahında Türkiyənin xarici işlər naziri Mümtaz Soysalı qəbul etdi. Görüş zamanı iki ölkə arasında əlaqələrin daha da ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ YOLA DÜŞMÜŞDÜR

02.11.1994 [15:23]
Respublika prezidenti Heydər Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə dost ölkədə keçirilən yubiley tədbirlərində iştirak etmək üçün noyabrın 1-də səhər Türkiyəyə yola düşmüşdür. Azərbaycan dövlətinin başçısı Binə Hava Limanında jurnalistlərə qısa müsahibə verərək demişdir: ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN AŞQABADA SƏFƏRİ BAŞA ÇATDI

28.10.1994 [21:22]
Türkmənistanın müstəqillik qazanmasının üçüncü ildönümü münasibətilə oktyabrın 27-də Aşqabadın mərkəzi meydanında təntənəli hərbi parad və zəhmətkeşlərin nümayişi keçirildi. Mərasimdə Türkmənistanın rəhbərləri ilə yanaşı, bayramın fəxri qonaqları - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Türkiyə Respublikasının Prezidenti Süleyman ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKMƏNİSTANA SƏFƏRİ
TƏNTƏNƏLİ QARŞILANMA MƏRASİMİ

27.10.1994 [23:21]
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkmənistanın müstəqillik qazanmasının üçüncü ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün dost ölkənin Prezidenti Saparmurad Niyazovun dəvəti ilə ...

QARDAŞ XALQIN BAYRAMINA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV AŞQABADA YOLA DÜŞMÜŞDÜR

27.10.1994 [18:20]
Azərbaycan Respublikasinin Prezidenti Heydər Əliyev Türkmənistanın müstəqillik qazanmasının üçüncü ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün qonaq və dost ölkənin Prezidenti Saparmurad Niyazovun dəvəti ilə oktyabrın 26-da Aşqabada yola düşmüşdür. Heydər Əliyev yola düşməzdən əvvəl Binə hava limanında ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV RUSİYA FEDERASİYASININ PREZİDENTİ BORİS YELTSİNLƏ GÖRÜŞMÜŞDÜR

25.10.1994 [21:16]
Oktyabrın 21-də MDB ölkələri Dövlət Başçıları Şurasının Moskva şəhərində keçirilən iclası zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinlə görüşmüşdür. Görüş zamanı iki ölkə arasında əlaqələrin möhkəmlənməsi və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərindən danışılmışdır ...

MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUR

22.10.1994 [22:08]
Oktyabrın 21-də Moskvada MDB Dövlətləri Başçıları Şurasının növbəti iclası açılmışdır. İclasda birliyin üzvü olan bütün on iki ölkənin dövlət başçıları iştirak edirdilər. Azərbaycan Respublikasını onun Prezidenti Heydər Əliyev təmsil edir ...

MDB DÖVLƏT BAŞÇILARININ GÖRÜŞÜ

22.10.1994 [18:10]
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün oktyabrın 21-də səhər Moskvaya yola düşmüşdür Hava limanında Respublika Prezidenti Heydər Əliyevi Ali Sovetin sədri Rəsul Quliyev, Ali Sovetin sədrinin müavinləri, dövlət müşavirləri və digər rəsmi şəxslər yola salmışlar ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ SƏFƏRİ
TÜRK DÖVLƏTLƏRİ BAŞÇILARININ İKİNCİ ZİRVƏ TOPLANTISI

20.10.1994 [21:05]
Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev türk dövlətləri başçılarının ikinci zirvə toplantısında iştirak etmək üçün İstanbula gəldi. Atatürk adına hava limanında Azərbaycan dövlətinin başçısını və onu müşayiət edən şəxsləri Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl və digər rəsmi şəxslər ...