Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıdan Seula: OANA-ya sədrlik AZƏRTAC ilə Yonhap arasında əlaqələrin inkişafı üçün unikal imkandır VİDEO

Bakıdan Seula: OANA-ya sədrlik AZƏRTAC ilə Yonhap arasında əlaqələrin inkişafı üçün unikal imkandır VİDEO

Bakı, 21 noyabr AZƏRTAC

Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park No-Hvanq AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

AZƏRTAC və Yonhap üçün çox böyük və məsuliyyətli dövr başlayır

- Cənab Park No-Hvanq, sizi təbrik edirik. Azərbaycana səfəriniz dost Koreya Respublikası üçün uğurlu oldu. Bütün tədbirlərində AZƏRTAC-ın və Yonhap-ın bir-birini daim dəstəklədiyi OANA-ya 2019-2022-ci illərdə sizin agentlik rəhbərlik edəcək. Bakıda bu qərar qəbul edilərkən nə kimi hisslər keçirdiniz? Siz bu estafeti AZƏRTAC-dan qəbul edəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

- Təşəkkür edirəm. AZƏRTAC və Yonhap üçün çox böyük və məsuliyyətli dövr başlayır. AZƏRTAC 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edəcək. Ona görə də AZƏRTAC-dan böyük gözləntilərimiz var. Agentliyiniz OANA-da əsas rola sahib olacaq. Ümid edirəm ki, AZƏRTAC-ın rəhbərliyi dövründə üzv agentliklər arasında əməkdaşlıq daha da genişlənəcək. Biz də Koreyanın xəbər agentliyi olaraq AZƏRTAC-dan sonra quruma sədrlik edəcək və məsuliyyəti üzərimizə götürəcəyik.

Bir daha qeyd etmək istərdim ki, bu, agentliklər arasında əlaqələrin yeni məcrada inkişaf etdirilməsi üçün unikal imkandır. AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüş zamanı bu barədə səmərəli müzakirələrimiz oldu. Yonhap agentliyinin texniki meneceri OANA-nın “Mükəmməllik” mükafatına layiq görülüb. İndi Yonhap xəbər agentliyi təşkilatın saytı ilə bağlı yeni platforma hazırlayır. Bu, daha səmərəli əməkdaşlıq üçün platformadır.

Bunun vasitəsilə OANA-ya üzv agentliklər bir-birinin xəbərlərindən, videolarından, fotolarından daha rahat istifadə edə biləcəklər. Yonhap həmin platformanı 2018-ci ildə Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından əvvəl təqdim etməyi planlaşdırır.

Bakı Konqresi xəbər agentlikləri üçün möhtəşəm təməl daşı olacaq

- Azərbaycanın ev sahibliyi etdiyi Dünya Xəbər Agentliklərinin V Konqresi həm gündəliyinin zənginliyi, həm də iştirakçı ölkələrin coğrafiyası baxımından dünya mediasında geniş yer alıb. Üç gün ərzində sizin ölkənin mətbuatı da Bakı Konqresinin gedişini diqqətdə saxlayıb. Bu beynəlxalq tədbirin iştirakçısı kimi sizin fikrinizi bilmək maraqlı olardı.

- İlk olaraq qeyd edim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Konqresin açılış mərasimindəki dərin məzmunlu nitqindən çox təsirləndim. Mən bu ölkəni daha da inkişaf etdirmək üçün Zati-alilərinin güclü iradəsini hiss etdim. Prezident İlham Əliyev öz nitqində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafi əhəmiyyəti barədə bir çox dəyərli məlumatlar verdi. Bununla da Konqres iştirakçılarında ölkəniz, dövlətinizin mövqeyi barədə daha aydın təsəvvürlər yarandı.

Onu da qeyd edim ki, bu Konqres xəbər agentlikləri üçün möhtəşəm təməl daşı olacaq. Belə ki, bu mötəbər tədbirdə dünyanın dörd tərəfindən 5 qitəni, 80 ölkəni və 130 aparıcı xəbər agentliyini təmsil edən 200 media peşəkarı iştirak edirdi. Konqresi işıqlandırmaq üçün Yonhap xəbər agentliyinin İstanbul bürosunun rəhbəri Bakıya ezam olundu. Saytımızda Konqresin gedişi barədə onun hazırladığı silsilə xəbərlər yerləşdirildi. Agentliyimizdə, həmçinin AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun müsahibəsi də yer alıb. Düşünürəm ki, Koreya ictimaiyyəti bu xəbərlər vasitəsilə Azərbaycan və Bakıda keçirilən Konqres barədə geniş məlumat əldə etdilər. Bildiyiniz kimi, bir çox xəbər agentlikləri rəqəmsal dünyada problemlərlə üzləşirlər. Yonhap xəbər agentliyi, eyni zamanda, 24 saatlıq xəbər kanalıdır. Artıq insanlar xəbərləri qəzetlərdən yox, sosial şəbəkələrdən, mobil telefonlardan əldə edirlər. Konqres müasir dövrdə ənənəvi informasiya agentliklərinin üzləşdiyi bu problemlərin həllində dönüş yarada biləcək.

Prezident İlham Əliyev yüksək erudisiyalı, dialoqa açıq dövlət başçısıdır

- Azərbaycan Prezidenti İlham Əliyev Konqres iştirakçılarının bir qrupunu qəbul edərkən siz maraqlı fikir söylədiniz. Dediniz ki, ola bilsin, siz Azərbaycan Prezidenti ilə görüşən ilk Koreya jurnalistisiniz. Görüşdə Prezident İlham Əliyev Azərbaycan-Koreya əlaqələrinin mövcud səviyyəsini yüksək qiymətləndirdi. Bu görüşdən aldığınız təəssüratı bölüşməyinizi xahiş edirik.

- İlk olaraq qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti ilə Konqresin bir qrup iştirakçıları arasında keçirilən görüşdə iştirakım məni çox qürurlandırdı. Prezident İlham Əliyev yüksək erudisiyalı, dərin məntiqə malik, səmimi dövlət başçısıdır. Onun Koreyaya səfəri barədə xatirələri məni çox təsirləndirdi. Prezident İlham Əliyev 2007-ci ildə Koreya Respublikasına dövlət səfərini, 2015-ci ildə isə Koreyanın Baş naziri Çanq Honqvonun Azərbaycana səfərini xatırlatdı. Prezidentin ölkəmiz barədə xoş sözlərini eşitməkdən şərəf duydum. Prezident İlham Əliyev bir çox azərbaycanlının Koreyanın avtomobillərinə və elektrik avadanlıqlarına böyük maraq göstərdiyini vurğuladı. Zati-alilərinin qarşılıqlı faydaya əsaslanan ikitərəfli əməkdaşlıqdan daha böyük gözləntilərini onun öz dilindən eşitmək mənə unudulmaz hisslər yaşatdı. Azərbaycan Prezidenti müdrik və uzaqgörən siyasətçidir. Onun dialoqa açıq olması, səmimiliyi, suallara aydın və sərrast cavabları bütün görüş iştirakçılarında zəngin təəssürat yaratdı. Biz yolboyu bu görüşdən aldığımız təəssüratı bir-birimizlə bölüşdük.

Prezidentin həm açılış mərasimindəki çıxışında, həm də bizimlə görüşdə medianın böyük rolu və məsuliyyəti barədə fikirləri də mənim və həmkarlarımın böyük marağına səbəb oldu.

Yonhap AZƏRTAC-ın OANA-ya sədrliyi müddətində qoyacağı ənənələri davam etdirəcək

- AZƏRTAC ilə Yonhap arasında həm beynəlxalq media qurumları çərçivəsində, həm də ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin bünövrəsi həmkarınız Aslan Aslanovla Seulda imzaladığınız müqavilə ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün agentliklərimizin göstərdiyi səyləri necə qiymətləndirirsiniz?

- AZƏRTAC və Yonhap-ın yalnız bir məqsədi var. Bu məqsəd əməkdaşlığı mümkün qədər genişləndirməkdən ibarətdir. Biz agentliyinizin OANA-ya sədrliyi müddətində qoyacağı ənənələri davam etdirəcəyik. Düşünürəm ki, AZƏRTAC da bizi bu istiqamətdə dəstəkləyəcək. Ümid edirəm ki, biz birgə səylərlə bu təşkilatın nüfuzunu daha da yüksəldəcək, fəaliyyətini təkmilləşdirə və canlandıra biləcəyik.

Təbii ki, Azərbaycan ilə Koreya arasında yüksək səviyyəli əlaqələr artıq informasiya sahəsini də əhatə edir. Hesab edirəm ki, hər iki agentlik əməkdaşlığın inkişafı üçün yetərincə səy göstərir və bu, səmərəli nəticələr verir. Xüsusilə, indiki dövrdə informasiya agentlikləri arasında belə sıx əməkdaşlıq çox önəmlidir. AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə görüşümüzdə əməkdaşlığımızın möhkəmləndirilməsinə dair səmərəli fikir mübadiləsi apardıq. AZƏRTAC və Yonhap agentlikləri hər iki ölkənin əsas media qurumları olduğundan bizim əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verə bilər. Ümidvaram ki, gələcəkdə həyata keçirməyi nəzərdə tutduğumuz birgə layihələr əməkdaşlığımızı daha da dərinləşdirəcək.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Bakıdan Seula: OANA-ya sədrlik AZƏRTAC ilə Yonhap arasında əlaqələrin inkişafı üçün unikal imkandır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanı iyulun 5-də təşkil olunacaq

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

Azərbaycanda startap investisiyaları üçün yeni hüquqi baza formalaşdırılır

İlmələrdə yaşayan ömür: Lətif Kərimov və milli irsimiz

May ayında qlobal temperatur XX əsrin orta göstəricisini bir dərəcədən çox keçib

Əyyub Quliyev: Azərbaycan musiqiçilərinin çıxışı beynəlxalq festivalda yüksək qiymətləndirilib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır

® “TuranBank” ICD ilə 15 milyon dollar həcmində niyyət bəyannaməsi imzalayıb

Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb

Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və Türk dünyasının inteqrasiyası regional rifah üçün geniş perspektivlər açır ŞƏRH

700-cü sahibkar “ABAD”çı adını qazanıb

Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb

Bakıda “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” açılıb

Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb

Türk ekspert: Şuşa Bəyannaməsi Türk dünyasında həmrəyliyin və inteqrasiyanın bələdçisidir

Fərid Osmanov: Qiymətli kağızların emissiyası prosedurlarının sadələşdirilməsi təklif olunur

Tramp: İran razılaşmanı pozsa, hərbi əməliyyatlar yenidən başlaya bilər

Uorvik Universitetinin azərbaycanlı tələbəsi: Kibertəhlükəsizlik artıq strateji prioritetdir - MÜSAHİBƏ

Mütəxəssis: Səhralaşmanın toxunmadığı materik və qitə yoxdur

Azərbaycan ilk dəfə Formula 1-in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub

Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb

Nazir müavini: Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün institusional bazanı gücləndirir

Səməd Bəşirli: 2020–2025-ci illər ərzində Azərbaycanda ümumi ticarət dövriyyəsi iki dəfədən çox artıb

Suriya ABŞ şirkətləri ilə qaz yataqlarının işlənməsi sahəsində müqavilə imzalayıb

Nazir müavini: Startapların maliyyələşməsi üçün yeni hüquqi alətlər qanunvericiliyə daxil edilir

Lyublyanada “Onların Mehdisi, bizim Mixaylo” sənədli filminin təqdimatı olub

UNEC tələbələrinin 96 faizi Aptis imtahanında uğur qazanıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Ağdərə şəhərinin Baş planı ilə tanış olublar

Bu ilin ilk 5 ayı ərzində Energetika Nazirliyinə 5600-ə yaxın vətəndaş müraciəti daxil olub

Bolqarıstan çimərlik sularının keyfiyyətinə görə Aİ-də üçüncü olub

Konstitusiya Məhkəməsi ilə İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın Şurasının 4-cü sessiyasında təmsil olunub

Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var

“Wired”: ABŞ İrana zərbələr zamanı süni intellekt sistemindən geniş istifadə edib

Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

“İRS” layihəsinin təqdimatı olub

Nazir müavini: Qlobal maliyyə institutları ilə fəal əməkdaşlıq Azərbaycanı regional ticarət üçün etibarlı platformaya çevirib

®  “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

® “İrşad”da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü VİDEO

XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?

Koreya şirkətləri üçün Azərbaycanda yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

BMU-da tələbələr üçün real sənaye təcrübəsi yaradan laboratoriya imkanları genişləndirilir

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Nasaz avtomobil hüquqsuz motosiklet idarə edən gəncin həyatına son qoyub VİDEO

Yesil çayında “şəlalə”: Su bəndi Astanada yeni cazibə mərkəzinə çevrilib

Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Mikayıl Cabbarov: İİB ilə əməkdaşlıqda KOB-ların inkişafı əsas prioritetlərdəndir

Rəşad Həsənov: Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək istiqamətində hədəflərini gücləndirir

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib

Azərbaycan ilə Qvineya arasında ticarət və investisiya əməkdaşlığı gücləndirilir

İKTA internet provayderlərinin internet sürət göstəricilərini təqdim edib

“Milli nəğmələr” kitabı 107 il sonra yenidən nəşr olunub

Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Nazir: Azərbaycanın strateji mineral ehtiyatlarının 80 faizdən çoxu azad edilmiş ərazilərdədir

Edinyo: Ronaldu ilə söhbətimdə onun dünya çempionatı üçün necə böyük məsuliyyət daşıdığını gördüm - EKSKLÜZİV MÜSAHİBƏ

Mikayıl Cabbarov: Azərbaycan Mərkəzi Asiyanın enerji və mineral ehtiyatlarla zəngin ölkələri üçün Qərbə çıxan təbii ixrac marşrutudur

FHN Akademiyasında tədbir: Dövlət dilinin elmi şəkildə zənginləşməsi

UNITAR rəsmisi: İnnovasiya müasir inkişaf gündəliyinin əsas sütunlarından biridir

VK: 1 vəkil xaric olunub, 1-nə xəbərdarlıq edilib, 5-i cərimələnib

Nazir: İİB Qrupu ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq standartlara uyğunlaşmasına töhfə verir

Azərbaycanlı alimin portreti

Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir - ŞƏRH

® “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb YENİLƏNİB

ABŞ və Avropanın 10 nüfuzlu universitetindən qəbul təklifi alan azərbaycanlı gənc

Mikayıl Cabbarov: Azad edilmiş ərazilərin bərpasını milli ideyanın təcəssümü kimi qiymətləndiririk

İƏT Komissiyasının İcraçı direktoru: Azərbaycan qlobal toplantıların keçirildiyi beynəlxalq mərkəzə çevrilib - EKSKLÜZİV

Xalq artisti Vamiq Məmmədəliyevin 80 illik yubileyi qeyd olunub

Nazir: İslam İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafına mühüm töhfələr verib

Hadi bin Əli əl-Yami: İslam İnkişaf Bankının bütün İslam dünyasında göstərdiyi səylər danılmazdır VİDEO

Hadi bin Əli əl-Yami: İslam İnkişaf Bankının bütün İslam dünyasında göstərdiyi səylər danılmazdır VİDEO

İspaniyada dünya çempionatı ilə bağlı 66 mindən çox saxta futbol forması müsadirə olunub

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

Əmək Məcəlləsinə dəyişiklik edilir

Magistraturaya qəbulun qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

İranla sazişə 300 milyard dollarlıq fond daxildir

Azərbaycan və Türkiyə alimləri iki qardaş ölkənin iqtisadi tərəfdaşlığını təhlil ediblər

Əlaqələndirmə Qərargahının üzvlərinin Ağdərə və Xocalı rayonlarına səfəri başlayıb

"Kraudfandinq haqqında" qanun layihəsi müzakirə edilir

Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur

Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar

Çempionlar Liqası: “Sabah”ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub

“Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilir

Təhsil Tələbə Krediti Fondu - 5 illik fəaliyyət

Azərbaycan Böyük Dəbilqə turnirində 17 cüdoçu ilə təmsil olunacaq

Batumidə On Üçüncü Beynəlxalq Seçki Administrasiyaları Konfransı təşkil olunub

Fond: Beş il ərzində 375-dən çox məzunun məşğulluğuna dəstək göstərilib

Günvurma zamanı nə etməli və nə etməməli?

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Şükürbəyli kəndində daha 45 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Cografiyaşünas-alim: Azərbaycanda yüksək temperatur təbii iqlim prosesidir

Xiyabanlarda tərənnüm edilən dostluq: Daşkənddəki Heydər Əliyev parkında gəzinti - REPORTAJ

“Real Madrid” Bernardu Silvanı transfer edib

Təhsil kreditlərində gender bölgüsü açıqlanıb

Professor : Bəyannamənin Şuşada imzalanması tarixi, siyasi və simvolik məna daşıyır

Dezinformasiyaya qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi vacibdir

Yaponiya MERCOSUR ilə iqtisadi tərəfdaşlıq sazişi üzrə danışıqlara başlayacaq

Dünya bazarında qazın qiymətində dəyişiklik olacaq

Azərbaycan–Türkiyə müttəfiqliyi konkret layihələr və praktik mexanizmlərlə strateji inteqrasiyanı dərinləşdirir - ŞƏRH

Neymar fərdi məşqlərə başlayıb