İDMAN
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Bu gün Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçları çərçivəsində səfərdə Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək.
Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.
Komandalar arasında Bakıda təşkil olunan ilk oyunda “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu gün Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq.