İDMAN


UEFA Çempionlar Liqası: "Qarabağ" növbəti dəfə azarkeşlərini sevindirdi YENİLƏNİB VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

"Qarabağ"-"Kopenhagen" matçı Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 25-ci dəqiqəsində Mahir Mədətov fərqlənib. Komandalar arasında cavab oyunu bir həftə sonra Danimarkada keçiriləcək.

20:48

"Qarabağ"-"Kopenhagen" matçının birinci hissəsi Ağdam təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.

20:26

Görüşün 25-ci dəqiqəsində "Qarabağ" komandası hesabı açıb. Ağdam təmsilçisinin heyətində Mahir Mədətov fərqlənib.

20:00

Futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" Danimarkanın "Kopenhagen" klubunu qəbul edir.

AZƏRTAC xəbər verir ki, "Qarabağ"ın start heyətində İbrahim Şehiç, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Riçard Almeyda, Miçel, Mahir Mədətov, Vild-Donald Qere və Dino Dino Ndlovu yer alıblar.

Danimarka təmsilçisinin ilk on birliyində isə meydana Robin Olsen, Peter Ankersen, Pyer Benqtsson, Nikolay Boylesen, Mixail Lyuftner, Villyam Kvist, Benyamin Verbiç, Uroş Matiç, Yussef Tutu, Federiko Santander və Andriya Pavloviç çıxıblar.

Qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Paolo Tagliaventodur. Ona həmyerliləri Alessandro Giallatini və Alessandro Costanzo kömək edirlər. Dördüncü hakim funksiyasını Filippo Meli yerinə yetirir. Oyunda əlavə köməkçi hakimlər isə Massimiliano Irrati və Antonio Damatodur.

Qarşılaşmanın UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev (Bolqarıstan), hakim-inspektoru isə avstriyalı Fritz Stuçlikdir.

Matç Çempionlar Liqasının himninin səslənməsi ilə başlayıb.

Xatırladaq ki, play-off mərhələsinədək "Qarabağ" klubu Gürcüstanın "Samtredia" və Moldovanın "Şerif" komandalarını mübarizədən kənarlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.