Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan biologiya və genetika elmlərinin inkişafına böyük töhfələr verən fədakar alim VİDEO

Azərbaycan biologiya və genetika elmlərinin inkişafına böyük töhfələr verən fədakar alim  VİDEO

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də tanınmış botanik alim, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun 70 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, biologiya və genetika elmlərinə böyük töhfələr verən A.Əsgərov 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, botanika elminin çətin sahələrindən olan ali bitkilərin sistematikası üzrə tanınmış mütəxəssisdir.

A.Əsgərov Qafqazın pteridoflorasının sistematikası, ekologiyası və təkamülü problemləri üzrə 1972-ci ildə biologiya üzrə fəlsəfə doktorluğu, 1984-cü ildə biologiya elmləri doktorluğu dissertasiyaları müdafiə edib. Alim ilk dəfə Qafqazın qədim ali sporlu bitkiləri florasının orijinal təsnifatını verib, onun genezisini, formalaşma istiqamətlərini müəyyənləşdirib. O, elm üçün 10 yeni növ, Qafqaz və ona yaxın regionlar üçün iki yeni cins və 20 yeni növ, Azərbaycan florası üçün iki yeni cins, 12 yeni növ aşkarlayıb. Bu elmi nəticələr onun 2001-ci ildə nəşr etdirdiyi “Qafqazın ali sporlu bitkiləri” monoqrafiyasında əksini tapıb.

Elmi fəaliyyətinin otuz ildən artıq dövrünü AMEA-nın Botanika İnstitutunda çalışmış alimin respublikamızın florasının öyrənilməsində, zəngin herbari fondunun yaradılmasında, elmi ekspedisiyaların təşkili, botanika elminin tədrisi və təbliğində böyük xidmətləri var.

A.Əsgərov Qafqazın və Azərbaycanın florası, ali bitkilərin sistematikası və ekoloji problemlər üzrə 200-dən çox elmi məqalənin, beş monoqrafiyanın, o cümlədən “Azərbaycanın ali bitkiləri” üçcildliyinin (2005-2008), “Azərbaycan florasının konspekti” (2011) və “Azərbaycanın bitki aləmi” (2016) kitablarının müəllifidir. Bu əsərlərə onun 1970-ci ildən apardığı tədqiqatlar nəticəsində müəyyənləşdirilmiş və botaniklərin aşkarladığı 250 cinsə aid 900-dən çox yeni növ haqqında məlumatlar daxil edilib ki, bu da milli genofondumuzu xeyli zənginləşdirib. Flora və sistematika sahəsində ən son məlumatlar nəzərə alınmaqla tərtib edilmiş bu əsərlərin “Azərbaycan florası”nın yeni nəşri üçün böyük əhəmiyyəti var. Bu kitablar, həmçinin ali məktəb tələbələri və magistrantlar üçün faydalı dərs vəsaitidir.

Alimin əsas tədqiqat istiqamətlərindən biri də Azərbaycanın mədəni florasının yabanı əcdadlarının tədqiqidir. O, dünyada qəbul edilən prioritet cinsləri nəzərə alınmaqla floramızın yabanı əcdad bitkilərinin orijinal təsnifatını verib, onların səmərəli istifadəsi, nadir və nəsli kəsilməkdə olan növlərinin mühafizəsi üzrə tədbirlər sistemi hazırlayıb. Hazırda bu işlər alimin işlədiyi AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda uğurla davam etdirilir.

A.Əsgərov “Azərbaycanın Qırmızı kitabı” və “Rusiyanın Qırmızı kitabı”nın həmmüəllifi olmaqla oradakı 36 nadir növün xarakteristikasını hazırlayıb. Alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant müsabiqəsinin layihə rəhbəri kimi 60 CR (Criticalliy Endangered) növün biosistematikasını və ekoloji qiymətləndirilməsini verib. Həmçinin Azərbaycan florasının endemlərini, nomenklatur tiplərini və Astragalus cinsini monoqrafik tədqiq edib.

O, bir neçə respublika və beynəlxalq əhəmiyyətli layihələrin iştirakçısı və rəhbəri, nüfuzlu beynəlxalq jurnal və təşkilatların eksperti, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq İttifaqının, Bitki Genetik Ehtiyatları üzrə Avropa Komissiyasının üzvü, Beynəlxalq Pteridoloqlar Assosiasiyasının Qafqaz üzrə əlaqələndiricisidir.

Aydın müəllim respublikamızın ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə təhsil müəssisələrinin attestasiyası və akreditasiyası üzrə Dövlət Komissiyasının üzvü, Bakı Şəhər Sovetinin deputatı olub. O, Azərbaycan Alimlər İttifaqı rəyasət heyətinin sədri, Azərbaycan Botaniklər Cəmiyyətinin sədri işlədiyi illərdə yaradıcı alimlərin fəaliyyətinin istiqamətləndirilməsində, onların sosial müdafiəsinin təşkilində, eləcə də elmin və təhsilin təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Biologiya və aqrar elmlər üzrə respublika əlaqələndirmə şuralarının üzvü, yabanı müxtəliflik üzrə respublika ekspert şurasının sədridir.

Tanınmış alim beynəlxalq və respublika miqyaslı tədbirlərdə Qarabağ problemi, Azərbaycanın bu gözəl diyarının bioloji müxtəlifliyinin erməni işğalı altında qalması, sərvətlərinin amansızcasına talanması, ekologiyasına vurulan ziyan və bunlardan çıxış yolları barədə fikir və təkliflərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

A.Əsgərov hazırda bioloji müxtəlifliyin öyrənilməsi, istifadəsi və mühafizəsi üzrə səmərəli fəaliyyət göstərir, gənc kadrların hazırlanmasında fəal iştirak edir. Ömrünün çox hissəsini elmimizin inkişafına həsr etmiş fədakar alimə yaradıcılıq fəaliyyətində uğurlar arzulayırıq.

Azərbaycan biologiya və genetika elmlərinin inkişafına böyük töhfələr verən fədakar alim  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO