“Polonez”lər Azərbaycan Ordusunun silahlanmasına daxil edilib VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən, ölkəmizə gətirilən 301 millimetrlik “Polonez” əməliyyat-taktiki raket kompleksləri Ordumuzun silahlanmasına daxil edilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ötən gün “Polonez” və “Lora” kompleksləri ilə tanış olub.